Kütləvi zəhərlənməyə səbəb olan restoran bağlandı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə Axar.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.
Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 92 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 01 Oktyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















