Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Küveytin ABŞ-dəki səfiri şeyx Əz-Zeyn əs-Sabah əmirliyin İrana qarşı hərbi əməliyyatda iştirak etməsi və Küveyt qüvvələrinin bu ölkənin ərazisinə zərbələr endirməsi barədə məlumatları təkzib edib.
"Report" "Sky News Arabia"ya istinadən xəbər verir ki, diplomat Küveytin İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etmədiyini bildirib.
"Küveyt İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyib və öz ərazisindən, hava məkanından və ya ərazi sularından bu ölkəyə qarşı hücum xarakterli fəaliyyətlər üçün istifadəyə icazə verməyib", – deyə səfir vurğulayıb.
O, həmçinin Küveytin bu cür əməliyyatlarda iştirakı barədə yayılan məlumatları "tamamilə yalan" adlandırıb.
Bu mövzuda digər xəbərlər:Qətər İrana qarşı əməliyyatda iştirak edəcəyi barədə iddiaları təkzib edib
17 İyul 2026 06:02
ABŞ İrana qarşı əməliyyatda məqsədlərinə çatırmı?
03 Aprel 2026 11:43
Makron: Fransa İrana qarşı əməliyyatda iştirak etməyib
28 Fevral 2026 23:20
Kanadanın İrana qarşı əməliyyatda iştirakı istisna deyil
05 Mart 2026 12:44
Pentaqon İrana qarşı əməliyyatda CANLI İTKİLƏRİNİ açıqladı
21 Aprel 2026 00:23
Baxış sayı:154
Bu xəbər 26 İyul 2026 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















