Küveytdə hava limanına hücumun Görüntüləri
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Küveyt Beynəlxalq Hava Limanına bir gün əvvəl həyata keçirilən pilotsuz uçuş aparatı ilə hücumu əks etdirən video yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Aeroport ərazisindəki müşahidə kameraları İranın "Şahed" kamikadze-dronuna bənzəyən aparatın yüksək sürətlə binanın damına çırpılması anını qeydə alıb. Zərbə nəticəsində güclü partlayış baş verib və havaya nəhəng tüstü dumanı qalxıb.
Xatırladaq ki, ötən gün baş verən hadisədə 1 nəfər həlak olub, 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dünyasını dəyişən şəxsin 54 yaşlı Hindistan vətəndaşı Mənzur Əhməd Rəhman olduğu müəyyənləşib. Hindistanın Küveytdəki səfirliyi daha sonra öz vətəndaşının ölüm faktını təsdiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















