Kvadrosikllə yol polisini vurub qaçan yeniyetmə saxlanıldı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kvadrosikllə yol polisini vurub qaçan yeniyetmə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Orenburq şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, 17 yaşlı yeniyetmə kvadrosikllə hərəkətdə olarkən polisin qanuni "saxla" tələbinə məhəl qoymayıb. Sürəti artırmağa çalışan gənc Yol Patrul Xidmətinin (YPX) müfəttişini vuraraq hadisə yerindən qaçmağa cəhd göstərib.
Nəticədə, YPX əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin keçirdiyi operativ tədbirlər nəticəsində yeniyetmə qısa müddətdə saxlanılıb.
Faktla bağlı artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Yeniyetmənin yetkinlik yaşına çatmamasına baxmayaraq, törətdiyi əməlin ağırlığına görə onu kifayət qədər ciddi və uzunmüddətli həbs cəzası gözləyir. Araşdırmalar davam etdirilir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 İyul 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















