Icma.az
close
up
RU
Yol polisini maşınla vurub qaçan sürücü su borusunun içində yaxalandı VİDEO

Yol polisini maşınla vurub qaçan sürücü su borusunun içində yaxalandı VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Saxla” xəbərdarlığına tabe olmayan avtomobilin sürücüsü yol polisi əməkdaşını vuraraq qaçıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ şəhərində baş verib.

Hadisə avtomobilin kamerasına düşərkən qaçan sürücü gizləndiyi suötürücü boruda yaxalanıb.

Belə ki, D-110 şosesinin Malkara rayonundan keçən hissəsində reyd həyata keçirən regional yol polisi əməkdaşları 61-AEK-606 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə saxlaması barədə xəbərdarlıq edib. Xəbərdarlığa tabe olmayan sürücü polis əməkdaşı R.B.-ni vuraraq qaçıb.

Yoluna davam edən sürücü Küçükhıdır məhəlləsində sükan idarəetməsini itirərək avtomobili yolun sağ tərəfindəki sahəyə aşırıb.  Hadisə yerini tərk edən sürücü təxminən 5 saat davam edən axtarış-əməliyyat tədbirləri nəticəsində Çanaqqala şossesinin altından keçən su drenaj borusunun içindən jandarma qrupları tərəfindən tutulub.

Hadisə nəticəsində xəsarət alan polis əməkdaşı R.B.  təcili tibbi yardım maşını ilə Malkara Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilib.

Yüngül xəsarətlər alan sürücü isə ilkin tibbi yardımdan sonra nəzarət altına alınıb, o hakim qarşısına çıxarılacaq. Bundan əlavə, onun sərxoş olduğu da müəyyən olunub.


Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri