Icma.az
close
up
RU
Kvaratsxeliyanın debüt oyununda PSJ xal itirdi

Kvaratsxeliyanın debüt oyununda PSJ xal itirdi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa çempionatında hesabat turu yetərincə maraqlı oldu.

"Football-plus.az" xəbər verir ki, lider PSJ Xviça Kvaratsxeliyanın debüt oyununda xal itirdi. Dembele 2-ci hissənin əvvəlində paytaxt klubunu irəli çıxarsa da, “Reyms” tezliklə bərabərlik qolunu vurdu. Yeri gəlmişkən, gürcü vinger məhsuldar ötürmə ilə yadda qaldı.
Lider xal itirsə də, ən yaxın izləyicisi ilə fərq artdı. İş ondadı ki, “Marsel” səfərdə “Nitsa”ya uduzdu. İndi cənublularla parislilər arasındakı xal fərqi 10-a bərabərdi. “Monako” isə 3-cü pilləyə döndü. “Doğma divarlar” arasında “Renn”i məğlub edən “knyazlar” xalını 34-ə çatdırdı. “Nitsa” “Marsel” üzərindəki qələbədən sonra 33 xalla 4-cü pillədə qərarlaşıb. “Lill” isə 3-cü pillədən 5-ci pilləyə düşdü. “Şimallı itlər” “Strasbur”la səfər oyununda məğlubiyyətlə üzləşdi.
Turun qalan oyunlarına gəlincə, “Lion” “Nant”ın qonağı idi. Nuamanın erkən qolu sayəsində qələbəyə yaxın olan “şirlər” son dəqiqə qoluna üzüldü. “Bülbüllər”in heyətində sonradan oyuna qoşulan misirli Məhəmməd fərqləndi – 1:1. “Lans” bu vəziyyətdən yararlandı və “Lion”la xalını bərabərləşdirdi. “Qan-qızılılar” evdə “Anje”yə qalib gəldi. “Brest” səfərdə “Havr”dan üstün oldu. Mövsümdə 14-cü dəfə uduzan “Havr” cəmi 13 xalla artıq turnir cədvəlinin sonuncusudu. Əvəzində “Monpelye”nin uğurunu qeyd etməliyik. Jan-Lui Qassenin komandası “Monako” üzərindəki sensasiyalı qələbənin ardından “Tuluza”nın da öhdəsindən gəldi. “Oser” – “Sent-Etyen” oyununda qalib müəyyənləşmədi.
19-cu tur
PSJ – Reyms 1:1
Dembele, 47 – Nakamura, 56. (47000)
PSJ: Donnarumma, Zair-Emeri, Beraldo, L.Ernandes (Paço, 60), Mendeş, Li Kan İn (Vitinya, 60), Ruis, Due, Dembele (Barkola, 60), Ramuş (Mayulu, 73), Kvaratsxeliya (Asensio, 83).
Monako – Renn 3:2
Akliuş, 15. Biret, 52. Qolovin, 56 – Naqida, 45+1. Quiri, 67. (5725)
Monako: Mayetski, Vanderson, Kerer, Salisu, Mavissa (Diatta, 74), Kamara (Teze, 81), Zakariya (Maqassa, 58), Akliuş, Minamino (Mişal, 74), Qolovin (Ben Seqir, 81), Biret.
Nitsa – Marsel 2:0
Gessand, 7. Şo, 51. (31017)
Marsel: Rulyi, Murilyo, Balerdi, Brasye (Lirola, 61), Enrike (Nadir, 75), Ronjye (Rou, 61), Heybyerq, Merlen, Qrinvud, Rabyo, Mope (Vas, 61).
Strasbur – Lill 2:1
Santos, 70. Emeqha, 74 – Sahraui, 8. (19428)
Havr – Brest 0:1
Ajork, 25. (17898)
Lans – Anje 1:0
Frankovski, 49. (37321)
Nant – Lion 1:1
Məhəmməd, 90 – Nuama, 10. (32690)
Tuluza – Monpelye 1:2
Kasseres, 59 – Sanyan, 62. Maamma, 83. (28382)
Oser – Sent-Etyen 1:1
Traore, 27 – Stassen, 45. (16805)
1. PSJ 19 14 5 0 49-17 47
2. Marsel 19 11 4 4 40-23 37
3. Monako 19 10 4 5 32-22 34
4. Nitsa 19 9 6 4 38-25 33
5. Lill 19 8 8 3 29-19 32
6. Lion 19 8 6 5 30-23 30
7. Lans 19 8 6 5 23-18 30
8. Brest 19 9 1 9 29-31 28
9. Strasbur 19 7 6 6 33-31 27
10. Tuluza 19 7 4 8 20-21 25
11. Oser 19 6 5 8 25-29 23
12. Reyms 19 5 7 7 25-27 22
13. Anje 19 6 4 9 21-28 22
14. Nant 19 3 9 7 22-29 18
15. Sent-Etyen 19 5 3 11 18-39 18
16. Renn 19 5 2 12 26-30 17
17. Monpelye 19 4 3 12 20-44 15
18. Havr 19 4 1 14 14-38 13
Bombardirlər: Qrinvud (Marsel) - 12, Devid (Lill), Barkola, Dembele (hər ikisi PSJ) – 11.
Turun rəqəmi
1 – Kvaratseliya PSJ-nin tarixinə bu komandanın heyətində rəsmi oyunda meydana çıxan ilk gürcü kimi düşdü. Gürcü futbolçu həmçinin paytaxt klubunun 514-cü debütantıdı.
Turun ulduzu
Maqnes Akliuş (Monako) – gənc yarımmüdafiəçi həm möhtəşəm “qayçı” zərbəsi ilə hesabı açdı, həm də Qolovinə assistentlik etdi. Maqnes cari mövsümdə “knyazlar”ın heyətində sabit və yüksək səviyyəli oyun göstərən üç futbolçudan biridi.
Turun sitatı
Yuri Syomin, “Lokomotiv”in sabiq baş məşqçisi:

“Xviça PSJ-də ilk oyunu gözəl keçirdi. Əla məhsuldar hərəkət etdi, dəfələrlə “divar pası” oynadı. Düşünürəm ki, PSJ onun komandasıdı. Bəlkə də nəticə baxımından ilk oyun uğurlu olmadı, ancaq Xviça yüksək səviyyəsini göstərdi. PSJ-nin kombinasiyalı futbolu onun təbiətinə uyğundu”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri