PSJ Kvaratsxeliyanın əvəzləyicisini “Atletik”də tapıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq Xviça Kvaratsxeliyanı əvəzləmək üçün transfer bazarına üz tuta bilər.
İdman.Biz Sport.es-ə istinadən xəbər verir ki, Paris klubunun əsas namizədlərindən biri “Atletik”in 24 yaşlı cinah hücumçusu Niko Uilyamsdır.
Fransa çempionu artıq bir neçə ildir ispaniyalı futbolçunu izləyir. Lakin Kvaratsxeliyanın uzun müddət oynamayacağı nəzərə alınaraq, PSJ-nin Uilyamsa marağı konkret transfer təklifinə çevrilə bilər.
Xatırladaq ki, Kvaratsxeliya oktyabrın 20-də Çempionlar Liqasının əsas mərhələsində “Barselona”ya qarşı keçirilən oyunda sağ dizinin ön çarpaz bağını qoparıb. Gürcüstanlı futbolçunun 2027-ci ilin mayından tez meydana qayıtmayacağı gözlənilir.
Niko Uilyams cari mövsüm La Liqada yeddi oyuna çıxıb və bir qol vurub. Transfermarkt portalı onun bazar dəyərini 40 milyon avro (təxminən 79 milyon manat) qiymətləndirir.
Hələlik PSJ ilə “Atletik” arasında transfer danışıqlarının başladığına dair rəsmi məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Oktyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















