Icma.az
close
up
RU
“Labubu”larla bağlı HƏYƏCAN TƏBİLİ

“Labubu”larla bağlı HƏYƏCAN TƏBİLİ

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son vaxtlar “Labubu” adlı oyuncaqlar dünyada sürətlə satılır. Bu oyuncaq uşaqlarla yanaşı böyüklərin də sevimlisinə çevrilib. Hətta "Labubu"ların satışı çinli sahibi Vanq Ninqin milyarder olmasına səbəb olub.

Qeyd edək ki, çirkin canavar da adlanan bu oyuncaqlar artıq Azərbaycanda da satılmağa başlayıb. “Labubu”lar öz xüsusi görünüşləriylə, böyük gözləri və dişləriylə diqqət çəkir. Hətta bəzi mütəxəssislər deyir ki, bu  oyuncaqlarla oynamaq uşağın psixologiyasında ciddi fəsadlara yol aça bilər.

Bu isə valideynləri övladları üçün bu oyuncağı alıb-almamaq barəsində qərarsız qoyur.  

Bizim.Media mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib. O da vurğulayır ki, bu oyuncağın vizual dili klassik “şirin” obrazlardan fərqlidir.

“Böyük gözlər, kəskin dişlər və qəribə mimika ilk baxışdan uşaqlar üçün narahatlıq yarada biləcək vizual elementlər daşıyır. Əgər belə oyuncağa uşaq auditoriyası yönəldilirsə, bu, psixoloji risk daşıyır. Uşaqlar xüsusilə 3-10 yaş arası dövrdə gördükləri hər şeyi hissləri ilə qavrayırlar. Onların reallıq və fantaziya sərhədləri hələ tam oturuşmadığı üçün qəribə və anlaşılmayan simalar onlarda qorxu, narahatlıq və yuxu pozuntuları yarada bilər. Hətta bəzi həssas uşaqlarda bu vizual təsvirlər gecə kabuslarına, sosial çəkinməyə və ya emosional gərginliyə səbəb ola bilər”.

Psixoloq bu oyuncağın gənclər arasında da yayılmasından danışıb:

“Gənclər arasında fərqlilik, ironik yanaşmalar və “qəribə olan gözəldir” tendensiyası geniş yayılıb. Bu oyuncağın qəribə estetikası onların özlərini ifadə vasitəsi kimi görünə bilər. Bu hal bəzən normal identifikasiya və özünüifadə ehtiyacıdır. Amma emosional balansı zəif olan yeniyetmələrdə bu tip fiqurlara bağlılıq, bəzi hallarda neqativ duyğularla da əlaqələndirilə bilər.

Oyuncaq üzərindən aqressiya və qorxu təbliğatı aparıldığı fikirləri emosional reaksiyalar əsasında yaranır. Hazırda bu oyuncağın məqsədli şəkildə uşaqlarda aqressiya və psixoloji pozuntu yaratmaq üçün hazırlandığını təsdiqləyən elmi dəlil yoxdur.

Amma unutmayaq ki, oyuncaq yalnız əyləncə vasitəsi deyil, həm də psixoloji və mədəni mesaj daşıyıcısıdır. Ona görə də valideynlər və pedaqoqlar vizual simvolların uşaq dünyasında necə qəbul olunduğunu nəzərə almalıdır”.

Müsahibimiz valideynlərə məsləhət görür ki, 3-10 yaş arası uşaqları bu tip oyuncaqlardan uzaq saxlasınlar.

“Uşağın niyə bu oyuncağı istədiyini araşdırın. Bəzən sadəcə dəbə uymaq istəyə, bəzən isə daxili narahatlıqlarını ifadə etməyə çalışa bilər. Qadağa əvəzinə söhbət aparın. Uşağa səbəbini izah etmək, onunla birlikdə qərar vermək daha sağlam nəticələr verir. Oyuncaqlar uşağın emosional dünyasını formalaşdırır. Seçim zamanı yalnız “sevimli” olması deyil, psixoloji təhlükəsizlik də əsas meyardır.

Bu, cəmiyyətin və vizual mədəniyyətin dəyişən üzüdür. Biz psixoloqlar olaraq bu dəyişiklikləri qadağan etmək deyil, şüurlu müşahidə və doğru yönləndirmə ilə idarə etməyə çalışırıq. Uşaq psixologiyası həssas bir sahədir və hər bir yeni oyuncağa bu həssaslıqla yanaşmaq vacibdir”,-deyə psixoloq sonda qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri