Icma.az
close
up
RU
“Laçın” adını rayona kim verib, kitabxanası bağlanan yazıçı?

“Laçın” adını rayona kim verib, kitabxanası bağlanan yazıçı?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu məsələ ilə bağlı əlimdə dəqiq bir fakt yoxdur, amma deyilənə görə, Laçın şəhəri yaradılan zaman adla bağlı müxtəlif təkliflər irəli sürülüb. Həmin dövrdə müxtəlif kommunist adlar da deyilib. Lakin Tağı Şahbazi soruşub ki, yuxarıda görünən qayanın adı nədir? Bildiriblər ki, Laçın qayasıdır. O da təklif edib ki, elə şəhərin adı da Laçın olsun”.

Bunu “Yeni Sabah”a yazıçı, jurnalist Fəxri Uğurlu deyib.

“Hətta Orta Asiyada Laçın qəbiləsi olub. Bəlkə də indi də var. Klassik hind ədəbiyyatının və musiqisinin banisi Əmir Xosrov Dəhləvi Nizami Gəncəvidən sonra “Xəmsə” yazan ilk böyük şairdir. Farsca yazıb. Dəhləvinin özü də türkdür, özü də böyük sufi olub. O da Laçın qəbiləsindəndir. pizza mizza

Laçın şahinin erkəyinə də deyirlər. Bəzən qızlara da həmin ad qoyulur, amma bu, düzgün deyil. Şahin” sözü də farscadır. Türkcədə adı “Tuğrul”dur. Mənası da doğru, həqiqət deməkdir”, - deyə o əlavə edib.

F.Uğurlu da Laçın şəhərində təmtəraqla açılan və bu yaxınlarda səssiz-səmirsiz bağlanan kitabaxanaya görə məyusdur:

“Çox təəssüf! Bu, bir növ, matəm xəbəri kimi insana təsir edir. Texnologiya, internet dövründə qəzetlər, jurnallar çap olunur, kitablar satılır. Necə oldu ki, həmin texnika bircə Azərbycanda kitabın qarşısını aldı? Mən bunu inkişaf saymıram. Əksinə, gerilikdir”.

Elektron kitablar, saytlar var, nə gözəl, zamanın tələbidir. Amma qəzeti əlində tutmaq, analitik məlumatlar öyrənmək başqadır. Çaparaq informasiya sevən sayta verin, getsin, sabaha qalmasın. Lakin lazım gəldi-gəlmədi hər şeyi yazmaq doğru deyil. İndi hansısa kənddə pişiyin asqırmasını da xəbər edirlər. Bunların hamısı zamanla insanın sinir sisteminə təsir edir. Belə bir yerdə qəzet və jurnallardan istifadə etmək daha düzgün olardı. Hər halda, dünyanın bütün mediası “The New York Times”, “The Washington Post” kimi qəzetlərə istinadla materiallar yayımlayırlar. Amerikada sayt və elektron kitab yoxdur? Lakin görürsünüz, bunların heç biri dəyərini itirmir”.

Xatırlatma: artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır.

Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılıb və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilib.

Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılıb.

Sosial media müzakirələrində bu da qeyd olunur ki, Laçın adının rayona verilməsi də Tağı Şahbazi Simurğun təşəbbüsüdür.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Avqust 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri