Icma.az
close
up
RU
LAÇIN Böyük Qayıdışın və dirçəlişin təntənəsi Əkbər Qoşalı yazır

LAÇIN Böyük Qayıdışın və dirçəlişin təntənəsi Əkbər Qoşalı yazır

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Laçın bir şəhərin, şərti dövlət sınırı boyunca yerləşən bir el-obanın adıdır. Üç onillik boyunca kədərin, şübhənin və bəkirsizliyin adıydı Laçın. İndi Laçın adı bir yaddaş, qürur, dərs və inam simvoludur. Dağların qoynunda sanki qanad açmış bu şəhər, illərlə işğalın qara kölgəsi altında qalsa da, yenidən azadlığa qovuşaraq Azərbaycanın dirənişini, əzmini, iradəsini təcəssüm etdirir.

1992-ci ilin 18 mayı… Bu tarix Laçının sinəsinə dağ basdı. Düşmən işğalı təkcə evləri, küçələri, abidələri yox, həm də insanların taleyini oda verdi. 300-dən artıq insan həlak oldu, yüzlərlə mədəniyyət, təhsil, səhiyyə ocağı yerlə-yeksan edildi. Dünya dilsiz qaldı, amma Laçının dağları susmadı, susmadı – olanları yaddaşına, olmalıları ümidinə yazdı .

Nəhayət vaxt gəldi - vədə yetişdi: Azərbaycan güc topladı, haqqın səsinə güvəndi. 44 günlük Vətən müharibəsi bu dağların səsini, sözünü, özünü və qaynar bulaqların korlaşmaqda olan gözünü azadlığa qovuşdurdu. 2020-ci ilin son ayının ilk günündə Laçın rayonu, 2022-ci ilin səkkizinci ayında isə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən Azərbaycanın bayrağı altında dərin bir nəfəs aldı. Bu dönüş, qürbətdə qalan laçınlıların qəlbinə sevinc bəxş etdi, düşmənin yalan tarixlərinə isə son qoydu .

Bu gün Laçın yeni nəfəs alır. Güllələnmiş divarların yerində çağdaş evlər boylanır, xarabalıqların yerində parklar, məktəblər, fabriklər tikilir. Hava limanı, hidroelektrik stansiyalar, sənaye zonaları, turizm mərkəzləri – bunlar Laçını təkcə bərpa etmir, həm də gələcəyə aparır . Prezident İlham Əliyevin dediyi kimi: “Əgər cənnətin təsviri varsa, bu gün bax, budur”.

Ən böyük sevinc isə odur ki, laçınlılar artıq doğma torpaqlarına dönür. Üç onillik həsrətdən sonra uşaqlar yenidən məktəb yolundadır, evlərin bacasından tüstü qalxır, həyətlərdə yenidən çiçəklər açır. Mina-tələlər yerində uşaqlar üçün oyuncaqlar qoyulur… Bu qayıdış Laçınla birgə, bütövlükdə Azərbaycanın ruhuna dirilik gətirir .

Laçın şəhəri artıq bir mədəniyyət ocağıdır.
Laçın – qürurun rəmzi, ümidin inama çevrildiyi yer və daha gözəl sabahların nəğməsidir.
İllərin ağrısı indi dirçəlişin sevinci, dağıntılar isə quruculuq möcüzəsi ilə əvəzlənib. Bu gün Laçına baxan hər kəs Azərbaycanın gələcəyini görür.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bakıvaxtı.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri