Icma.az
close
up
RU
“Laçın həftə bazarı” yerli məhsulların nümunəvi təqdimat məkanına çevrilib REPORTAJ

“Laçın həftə bazarı” yerli məhsulların nümunəvi təqdimat məkanına çevrilib REPORTAJ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın, 6 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

26 Avqust - Laçın Şəhəri Günü “Zerti” Aqrosənaye Parkında açılan “Laçın həftə bazarı” sərfəli alış-veriş yeri olmaqla bərabər həm də istirahət günləri ünsiyyət üçün münasib məkana çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adından bəlli olduğu kimi, həftə bazarı şənbə və bazar günlərində fəaliyyət göstərir. Layihə işğaldan azad olunmuş Laçının yaylaqlarında orqanik məhsul istehsal edən fermerlərə dəstək məqsədi daşıyır. Burada alıcı məhsulu birbaşa istehsalçının özündən əldə edə bilir. İlk gündən bazara yerli sakinlər, qonaqlar və rəsmi şəxslər böyük maraq göstəriblər. Burada həm aqrosənaye kompleksindəki müəssisələrin, həm də müstəqil fermerlərin orqanik məhsulları təqdim olunur.

Davamlı layihə turistlərin də marağını çəkib. Laçına gələn hər kəs məşhur Həkəri balığı, təzə ət-süd məhsulları, Laçın dağlarının şəfalı bitkiləri və maraqlı hədiyyələr, suvenirlər alıb aparmaq imkanı qazanır.

Qeyd edək ki, bazarın ilk günündə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidmətinin direktoru Bünyad Qasımov, Laçın Abadlıq Xidmətinin rəhbərliyi, həmçinin şəhər günü münasibətilə Laçına üz tutmuş ziyalılar, şəhərin qonaqları iştirak ediblər. Ötən həftə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Laçındakı “Həftə bazarı” yarmarkasının qonağı olub. Getdikcə xoş sorağı Qarabağa və Şərqi Zəngəzura yayılan bazarın digər bölgələrdən də fermerləri cəlb edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see156

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see133

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see132

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri