Icma.az
close
up
RU
Laçın sakini Bakı Abadlıq Xidmətindən şikayət edir, qarşı tərəf isə...

Laçın sakini Bakı Abadlıq Xidmətindən şikayət edir, qarşı tərəf isə...

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Laçın rayon sakini Şahverdiyev Mahir Daşdəmir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Şahverdiyev Mahir Daşdəmir oğlu, yazaraq xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Bildirim ki, 1992-ci ildə qaçqın düşmüşük. Abşeron rayonunda məşkunlaşmışıq.

2022-ci ilin yay ayından "Bakı Abadlığ"ın xətti ilə Laçın şəhərində işlə təmin olunmuşduq. Bu günə kimi də oğlum, yoldaşım və mən işləyirik.

Artıq bir neçə vaxtdır ki, "Bakı Abadlıq" bizə təzyiq göstərir. Məşkunlaşdığımız dəmir vaqonu tərk etməyimizi istəyirlər.

Laçın şəhər nümayəndəliyinə müraciət etdim. Səlahiyyətli şəxslərdən olan Tofiq müəllim mənə dedi ki, "işdən çıx, get Bakıya".

Qeyd edim ki, 1992-ci ildə ermənilər tərəfindən qovulmuşuq. Bu gün də öz içimizdəki insanlar tərəfindən qovuluruq.

Biz Laçın rayonu, H.Aslanov küçəsi, ev 107 ünvanında  yaşamışıq. Evimiz hələ tikilib təhvil verilməyib".

Məsələ ilə bağlı "Bakı Abadlıq" Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumun məsələyə münasibətini olduğu kimi dərc edirik: "Sorğunuza cavab olaraq bildiririk ki, Şahverdiyev Mahir "Bakı Abadlıq" Xidmətinin əməkdaş deyil. Bir müddət öncə xanımı "Bakı Abadlıq" Xidmətində çalışdığ üçün yalnız şirkətin öz işçilərinə nəzərdə tutulan konteynerlərdə bütün ailənin məskunlaşmasına humanizm prinsipləri əsas tutularaq icazə verilmişdi. Hazırda ailənin üç üzvü “Lacın Resort" oteldə çalışır. Belə olan halda "Bakı Abadlıq" Xidmətinin digər əməkdaşlarının yerləşdirilməsi məqsədi ilə Şahverdiyevlər ailəsindən yaşadıqları konteyneri azad etmə tələbi anlaşılandır. 

Qeyd edək ki, dəmir konteynerlər "Bakı Abadlıq" Xidmətinin özəl mülkiyyətidir. İş yerini dəyişdikləri vaxtdan - yəni 1 ay öncədən ailəyə konteyneri azad etmək xəbərdarlığı edilib.

Laçına köç etməyən, lakin Laçında çalışan sakinlərin məskunlaşma problemi ilə bağlı bütün suallar ya çalışdıqları müəssisəyə, yaxud da Laçın nümayəndəliyinə ünvanla bilər".

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri