Icma.az
close
up
RU
Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıb

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Laçın rayonunda davam etdirib.

AZƏRTAC xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində icra olunur.

Bu çərçivədə qeyd olunan rayonun Zabux və Sus kəndlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər üçün təşkil edilən tədbirdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzabati ərazi dairəsi (Zabux, Sus və Bəylik kəndlərini əhatə edir) üzrə nümayəndəsi, yerli sakinlər, müəllimlər və şagirdlər iştirak ediblər.

İştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə minatəmizləmə əməliyyatları və mina qurbanları, eləcə də ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları və digər zəruri məsələlərə dair ətraflı məlumat verilib. Həmçinin onlara layihə çərçivəsində hazırlanmış buklet verilib. Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzabati ərazi dairəsi üzrə nümayəndəsinə bu tədbirdə iştirak edə bilməyən yerli sakinlərə paylanılması üçün əlavə bukletlər verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi işğaldan azad olunmuş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.

Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Şuşa rayonunda həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri