Icma.az
close
up
RU
Laçın şəhəri günü möhtəşəm Zəfərin mənəvi siyasi rəmzi və milli qürur mənbəyi Deputat

Laçın şəhəri günü möhtəşəm Zəfərin mənəvi siyasi rəmzi və milli qürur mənbəyi Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 avqust tarixinin Laçın şəhəri günü elan edilməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifədir. Laçın həm tarixi-mənəvi, həm də strateji-siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. 1992-ci ildən işğal altında olan bu ərazilərin azad edilməsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpası idi. Laçının strateji mövqeyi regionun təhlükəsizlik mühitində önəmli rol oynayırdı. Burada yerləşən yüksəkliklər, kommunikasiya xətləri və təbii sərvətlər Azərbaycanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edirdi. Laçın şəhəri işğalçı qüvvələr üçün əsas logistik mərkəz olmuş, Ermənistanla Qarabağ bölgəsi arasında əlaqəni təmin edən əhəmiyyətli geostrateji ərazi hesab olunurdu".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat əsasında Ermənistan ordusu məğlubiyyətini qəbul etdi və Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz Azərbaycana qaytarıldı. Bu faktlar göstərir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı, xalqın iradəsi və dövlətin siyasi qətiyyəti işğalçı qüvvələri müqavimətsiz geri çəkilməyə məcbur etdi.

2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin tam nəzarətə götürülməsi ilə ölkəmizin sərhədləri bərpa olundu. 2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsinin yaradılması mühüm tarixi hadisə kimi xüsusi önəm daşıyır. Həmin sərhəd məntəqəsi Azərbaycanın öz sərhədlərinə tam nəzarətini təmin etməklə yanaşı, regionda qanuni idarəetmə mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünün qorunmasına xidmət etdi. Eyni zamanda, bu faktor ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədini möhkəmləndirdi və bölgədə qanuni nəqliyyat-əlaqə xətlərinin açılmasına şərait yaratdı. Bütün bunlar sübut edir ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırıcısı kimi çıxış edir.

Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin iqtisadi, sosial və turizm potensialını artırmaqla yanaşı, bölgədə həyat standartlarını yüksəldir. “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı öz doğma torpaqlarına dönərək ailələri ilə birlikdə yeni həyat qurur. Onlar üçün müasir standartlara cavab verən evlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları və digər sosial infrastrukturlar inşa edilib. Şəhər və kəndlərin elektrik, su, yol və rabitə infrastrukturu yenidən qurulur. Bununla yanaşı, kənd təsərrüfatı və turizm üçün geniş imkanlar yaradılır, balıqçılıq, heyvandarlıq və arıçılıq kimi sahələr təşviq edilir, bu da bölgədə iqtisadi inkişafın davamlı olmasını təmin edir.

Xüsusi diqqət çəkən layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Bu hava limanı regionun gələcək inkişafında strateji rol oynayır. Laçını Azərbaycanın digər bölgələri və beynəlxalq məkanlarla birləşdirən liman həm iqtisadi, həm turizm, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Uçuş-enmə zolağı və müasir terminal infrastrukturu sayəsində istənilən tip hava gəmisinin qəbuluna imkan yaradılır, bu da bölgənin beynəlxalq statusunu artırır. Hava limanı təkcə nəqliyyat infrastrukturunun yenilənməsi deyil, post-müharibə dövründə Azərbaycanın iqtisadi siyasətinin uğurlu nümunəsi kimi çıxış edir.

Laçınlıların doğma yurda qayıdışı isə prosesin ən mühüm mənəvi tərəfidir. 31 ildən sonra öz doğma torpaqlarına dönən sakinlərin rahat və layiqli həyatını təmin etmək üçün bütün sosial obyektlər, təhsil və səhiyyə müəssisələri yüksək standartlarla inşa edilir. Bu qayıdış milli kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə örnək olmasında həlledici rol oynayır.

Nəticə etibarilə, Laçın rayonu qələbənin, milli birliyin, dövlətin siyasi qətiyyətinin və xalqın sarsılmaz iradəsinin təzahürüdür. Laçın şəhəri günü dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin, azad olunmuş torpaqlarda qurulan yeni həyatın və xalqımızın gələcəyə inamının parlaq təcəssümüdür. Bura həm müasir şəhər kimi formalaşır, həm də milli yaddaşın, tarixi-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan olaraq Azərbaycanın qürur mənbəyinə çevrilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Avqust 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri