Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Naxçıvanın enerji sistemi yenidən qurulur

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Laçın şəhərində 8 Noyabr Zəfər Günü münasibətilə təntənəli dövlət tədbiri keçirilib

Laçın şəhərində 8 Noyabr Zəfər Günü münasibətilə təntənəli dövlət tədbiri keçirilib

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-ninəməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, iştirak ediblər.
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirildirilib.
Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 8 Noyabr - Zəfər Günümüzü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik:

“Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən azadlıq havasını qürurla yaşayırıq. Allah şəhidimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı diləyirik”.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.
Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər:

“Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən öz doğma torpaqlarının üstündə əzmlə addımlayır, öz gələcəyinə qətiyyətlə irəliləyir. Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərmizə can sağlığı diləyirəm. Yaşasın Ali Baş Komandan, yaşasın qalib ordumuz!”
44 günlük İkinci Qarabağ müharibəsi qazisi, şəhid Ədalət Məmmədova adına Zabux kənd orta məktəbinin Hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində az da olsa, payının olmasından şad olduğun deyib.
Döyüş yolundan danışan qazi 2020-ci ilin oktyabrında Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığını, bir müddət komada qaldığını deyib:

“Ali Baş Komandan cənab İlham Əliyev minlərlə qəhrəman hərbçimiz kimi, məni də orden və medallarla təltif etdi. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən çalışdığım Zabux kəndində evlə təmin olunmuşam. Göstərilən diqqət və qayğıya görə, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.

Milli Qəhrəman Oqtay Gülalıyevin həyat yoldaşı Afət Novruzova çıxışında şahid ailəlrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. 

Müharibə veteranı Elçin Abbaszadə isə çıxışında deyib ki, bu gün hamımız üçün müqəddəs olan tarixi anı — Zəfər Gününü qeyd edirik: “Bu zəfər bizə təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz qəhrəman əsgərlərinə, zabitlərinə dərin ehtiramını ifadə edir”.
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.
Konsert proqramı “Lacinema” kino mərkəzində bədii hissə ilə davam edib. Şanlı zəfərimizin ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artistləri, Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adını daşıyan xor kollektivi, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu və gənc solistlər, o cümlədən xanəndələr, aşıqlar iştirak edib, məktəblilərin iştirakı ilə milli rəqslər nümayiş olunub, şerlər səsləndirilib.
Təqdimatdan sonra Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.


"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

17 İyul 2025 08:00see110

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri