Icma.az
close
up
RU
Laçın şəhərində artıq 3cü dəfə Zəfər Günü tədbiri keçirildi...FOTOLAR

Laçın şəhərində artıq 3cü dəfə Zəfər Günü tədbiri keçirildi...FOTOLAR

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Laçın şəhərində işğaldan azad edildikdən sonra artıq 3-cü dəfə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli dövlət tədbiri keçirilib.   

Bu haqda Moderator.az-a Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə  ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Yeganə Quliyeva məlumat verib. 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-ninəməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, iştirak ediblər.   Bayraq meydanından başlayan mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirildirilib.   

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 8 Noyabr - Zəfər Günümüzü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik: “Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən azadlıq havasını qürurla yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı diləyirik”.   

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.  

Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər: “Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən öz doğma torpaqları üzərində əzmlə addımlayır, öz gələcəklərinə qətiyyətlə irəliləyirlər. Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərmizə can sağlığı diləyirəm. Yaşasın Ali Baş Komandan, yaşasın qalib ordumuz!”   

44 günlük İkinci Qarabağ müharibəsi qazisi, şəhid Ədalət Məmmədova adına Zabux kənd orta məktəbinin Hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində az da olsa, payının olmasından şad olduğunu deyib.   Döyüş yolundan danışan qazi 2020-ci ilin oktyabrında Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığını, bir müddət komada qaldığını bildirib: “Ali Baş Komandan cənab İlham Əliyev minlərlə qəhrəman hərbçimiz kimi, məni də orden və medallarla təltif etdi. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Çalışdığım Zabux kəndində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən evlə təmin olunmuşam. Göstərilən diqqət və qayğıya görə, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.   

Milli Qəhrəman Oqtay Gülalıyevin həyat yoldaşı Afət Novruzova çıxışında şahid ailəlrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. 

Müharibə veteranı Elçin Abbaszadə isə çıxışında deyib ki, bu gün hamımız üçün müqəddəs olan tarixi anı — Zəfər Gününü qeyd edirik: “Bu zəfər bizə təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz qəhrəman əsgərlərinə, zabitlərinə dərin ehtiramını ifadə edir”.   

Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.   Bayram proqramı “Lacinema” kino mərkəzində bədii hissə ilə davam edib. Şanlı zəfərimizin ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artistləri, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adını daşıyan xor kollektivi, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu və gənc solistlər, o cümlədən xanəndələr, aşıqlar iştirak edib, məktəblilərin iştirakı ilə milli rəqslər nümayiş olunub, şeirlər səsləndirilib. 

Konsertdən sonra Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin!

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri