Icma.az
close
up
RU
Laçın Tarixi Zəfərin və Böyük Qayıdışın simvolu

Laçın Tarixi Zəfərin və Böyük Qayıdışın simvolu

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Laçın şəhərinin azad edilməsinin 5 ili tamam olur. 2020-ci il Vətən Müharibəsində Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi rəhbərliyi və sərkərdəlik qabiliyyəti sayəsində əldə olunan bu tarixi zəfər, yalnız ərazi bütövlüyümüzün bərpası deyil, eyni zamanda bölgənin yenidən inşası və inkişafı üçün də əsas yaradıb.

Moderator.az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Laçın rayonu 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:

“Bu strateji əhəmiyyətli bölgə Ermənistanla işğal olunmuş Qarabağ ərazisi arasında "Laçın dəhlizi" kimi tanınan əsas bağlantı nöqtəsi idi. İşğal dövründə Laçın rayonunun şəhəri və kəndləri dağıdılmış, əhalisi isə məcburi köçkünə çevrilmişdi. Həmçinin işğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüşdür. Bundan başqa yüzlərlə mədəniyyət, təhsil, səhiyyə müəssisəsi, eləcə də müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdir. İşğal dövründə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunan tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu, o cümlədən Laçın şəhəri də mərhələli şəkildə, 1 dekabr tarixində Azərbaycanın nəzarətinə qaytarıldı”.

Deputat vurğulayıb ki, güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi və Ali Baş Komandanın tabeliyində Azərbaycan Silahlı Qüvvələri tarixi qələbə qazanaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu:

“Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra dövlət başçısı tərəfindən sülh gündəliyi irəli sürüldü, qarşı tərəf sülhə məcbur edildi. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutan son sülh danışıqlarında mühüm və tarixi nailiyyət əldə olundu.

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Müasir infrastruktur, təhsil və səhiyyə obyektləri, yollar və yaşayış binaları inşa olunur. Ən önəmlisi isə – uzun illərdən sonra laçınlı ailələr doğma torpaqlarına qayıdır.

İşğaldan azad edildikdən sonra Ölkə Başçısının təşəbbüsü ilə Laçında generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

Bundan başqa, Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Laçında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. O cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir”.

Pərvanə Vəliyeva əlavə edib ki, şəhərin Baş plan layihəsində həyətyanı sahəsi olan fərdi evlərə, o cümlədən digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsinə üstünlük verilmişdir:

“Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılması nəzərdə tutulmuşdur. Bu gün ümumilikdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib və daha bir çox yaşayış və qeyri-yaşayış sahələrinin tikinti və bərpası davam etdirilir. Həmçinin 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olmuşdur.

Bərpa və quruculuq işləri ilə yanaşı şəhərdə istehsal müəssisələrinin yaradılması işləri də ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Ölkə Başçısı Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri