Icma.az
close
up
RU
Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Britaniyanın özəl şirkətinə məxsus təyyarə Ermənistan və Azərbaycanın hava limanlarında növbə ilə texniki uçuşlar həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. 

Belə ki, martın sonunda "Beech King Air 350i" təyyarəsi Ermənistanın hava məkanında "Flightradar24" uçuş izləmə xidmətində İrəvan və Sisian ərazilərində dövrə vurarkən görünüb. Sonralar təyyarə Tbilisiyə, oradan Gəncəyə və Qarabağa uçaraq uzun müddət havada dövrə vurub.  Təyyarə Böyük Britaniyanın Bornmut şəhərində yerləşən özəl şirkət "Flight Precision"a məxsus olub. 

Şirkətin vebsaytında bildirilir ki, o, Aerodata tam inteqrasiya edilmiş avtomatik uçuş yoxlama sistemi (AD-AFIS) ilə Beechcraft King Air 350i təyyarəsini idarə edir.

Şirkət özü bütün dünyada uçuş təhlükəsizliyinin yoxlanılması xidmətlərini təqdim edir. Onların Avropa, Afrika, MDB, Yaxın Şərq və Uzaq Şərqdə həm mülki, həm də hərbi sektorda çalışdıqları bildirilir. Ermənistanın Mülki Aviasiya Komitəsindən təyyarənin Sisian bölgəsində uçuşları ilə bağlı bildirilib ki, “Armaeronavigatsiya” QSC-nin sifarişi ilə İngiltərənin “Flight Precision Ltd” şirkəti mart ayında Sisian hava limanında bu yaxınlarda quraşdırılmış VOR/DME radionaviqasiya sistemini yoxlamaq üçün “Beechcraft Corporation” şirkətinin B300 təyyarəsində sınaq uçuşları həyata keçirib.

Yeri gəlmişkən, “Armaeronavigatsiya” QSC şirkətin saytında müştərilərin siyahısındadır. Qeyd edək ki, mülki uçuşlar üçün də yenidən işə salınması planlaşdırılsa da, hazırda Sisian hava limanı hərbi aerodrom kimi fəaliyyət göstərir.

Onu da qeyd edirik ki, Qarabağda təyyarə Laçın hava limanı ərazisində texniki uçuşlar həyata keçirib və bura enən ilk təyyarə olub. Aprelin əvvəlində Azərbaycana uçan təyyarə Tbilisi vasitəsilə Ermənistana qayıdıb. O, Sisian və Qafan hava limanları ərazisində uçduqdan sonra Avropaya qayıdıb. 

Nuranə Abbasova 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Aprel 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri