Icma.az
close
up
RU
Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Laçın Beynəlxalq Hava Limanının rəsmi açılışı baş tutdu. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində istifadəyə verilən sayca üçüncü beynəlxalq hava limanıdır (Füzuli və Zəngilandan sonra). Yeni hava limanı həm geosiyasi, həm də iqtisadi və turizm baxımından ciddi əhəmiyyət daşıyır.

AzPost xəbər verir ki, bunu Operativ Media-ya açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.

“Hazırda Bakıdan Laçına təyyarə ilə səyahət üçün qiymətlər tam açıqlanmasa da, ilkin mərhələdə daxili reyslərdə subsidiyalaşdırılmış tariflər (təxminən 35–50 AZN) gözlənilir.

Əlavə olaraq, xarici turistlər üçün Laçına birbaşa uçuşlar da nəzərdən keçirilir. Laçın Hava Limanı Zəngəzur dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonunun əsas hava qapısıdır. Bu liman bölgədə logistika, müdafiə və strateji nəzarət baxımından vacib mərkəz rolunu oynayacaq. Laçının Ermənistanla sərhədə yaxın yerləşməsi beynəlxalq nəqliyyat və diplomatik əlaqələr baxımından da önəmlidir. Laçın və ətraf rayonlar – Kəlbəcər, Qubadlı və Şuşa – dağ turizmi, sağlamlıq turizmi və ekoturizm baxımından geniş potensiala malikdir”.

Ekspert bildirib ki, Hava limanı bölgəyə investor və turist axınını artıracaq, kənd turizmi, dağ otelləri və spa mərkəzlərinin yaradılmasını stimullaşdıracaq: “Laçın Beynəlxalq Hava Limanı təkcə bir nəqliyyat infrastrukturu deyil, həm də bölgənin iqtisadi reinteqrasiyası, turizm inkişafı və geosiyasi möhkəmlənməsi üçün strateji açardır. Azərbaycan regionda hava nəqliyyatı vasitəsilə dayanıqlı inkişaf modelini gerçəkləşdirməkdədir”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ötən il hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədlərini (əks istiqamət üzrə eyni olmaqla) açıqlayıb.

Həmin vaxt Laçın Hava Limanı hazır olmadığı üçün onun adı siyahıda qeyd edilməyib.

İşğaldan azad edilən Zəngilan və Füzulidə isə biletlərin qiyməti müvafiq olaraq 83 və 78 AZN olaraq qeyd edilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see359

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see323

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see295

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see291

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see279

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see276

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see273

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see273

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see264

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see254

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see248

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see245

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see245

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see238

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see234

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see224

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see222

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see218

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see210

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri