Laçında 33 illik fasilədən sonra film nümayişi baş tutacaq
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Laçın şəhərində yenidən qurulan “Lacinema” kino mərkəzində 33 illik fasilədən sonra ilk film nümayiş olunacaq.
“Report”un Qarabağ bürosunun məlumatına görə, tarixi faktlara əsaslanan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi fevralın 7-də saat 18:00-də baş tutacaq.
Filmin nümayişində əsas məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Baxış sayı:90
Bu xəbər 03 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















