Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

33 illik fasilədən sonra...

33 illik fasilədən sonra...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Nüvə sınaqlarına dərhal başlanılsın!”

Hazırda dünya olduqca kritik bir dönəmdən keçir. Ayrı-ayrı regionlarda alovlanan qanlı müharibələr ağır fəsadlara, o cümlədən də insan faciələrinə, humanitar fəlakətlərə yol açır. Belə kədərli mənzərə fonunda BMT-nin, nüfuzlu ölkələrin və liderlərin sülh çağırışları da getdikcə daha az eşidilir və yaxud ümumiyyətlə nəzərə alınmır.

Son günlərdə isə güc mərkəzləri nüvə ritorikasını gücləndiriblər. Belə qənaət hasil olur ki, dünya sülh çağırışlarının silahlarla susdurulduğu mərhələni keçərək indi də nüvə təhdidləri ilə üz-üzə qalıb.

Trampın Pentaqona təcili göstərişi

Qlobal miqyasda böyük narahatlığa səbəb olan həyəcanlı xəbər bu dəfə dünyanın siyasi mərkəzindən - Vaşinqtondan gəlib. Ağ Evdə fəaliyyətə başladığı gündən özünü sülh prezidenti kimi təqdim edən Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp “Truth” sosial şəbəkə hesabında Pentaqona nüvə sınaqlarına dərhal başlamaq barədə göstəriş verdiyini yazıb.

D.Trampın sözlərinə görə, ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var.

O bildirib ki, bu vəziyyət onun ilk prezidentliyi dövründə mövcud nüvə silahlarının tam yenilənməsi və modernləşdirilməsi nəticəsində əldə edilib. “Nəhəng dağıdıcı gücə malik olduğuna görə bunu etmək istəməzdim, amma başqa seçimim yox idi. Rusiya bizdən sonra ikinci, Çin isə üçüncü yerdədir. Bu, hələ 5 il ərzində belə olacaq. Digər ölkələr sınaq proqramları həyata keçirdiyi üçün mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.

Pentaqonun nüvə sınaqlarına başlayacağını vitse-prezident Cey Di Vens də təsdiqləyib. O Trampın göstərişini “Bizim böyük bir arsenalımız var. Aydındır ki, rusiyalılar da böyük bir nüvə arsenalına sahibdirlər. Çinlilərdə də var. Bəzən onun işlədiyinə, daha doğrusu, düzgün işlədiyinə əmin olmaq üçün onu sınaqdan keçirmək lazımdır” şəklində əsaslanırıb. Lakin vitse-prezident ölkəsinin sınaqlar zamanı nüvə partlayışlarını bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirməyib.

Ağ Evdən gələn siqnal kifayət qədər ciddidir. Cey Di Vensin sözlərindən də aydın olduğu kimi, nüvə arsenalının sınaqlara cəlb edilməsi nüvə düyməsinin basılması üçün son hazırlıq mərhələsi anlamına gəlir. Yəni hər şey starta hazırdır, qalır siyasi rəhbərliyin qərar verməsi və hərbçilərin onu icra etmələri.

Dünyada nə qədər nüvə başlığı var?

BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə Silahının Yayılmaması Haqqında Müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan edilib. Lakin dünya xəritəsinə diqqət yetirdikdə, 1967-ci ildən sonra da nüvə sınağı keçirən ölkələrin, hətta bunu gizli gerçəkləşdirən ölkələrin olduğunu görə bilərik.

Bəhs olunan müqavilə 1970-ci ildə qüvvəyə minib. Bu müqavilənin məqsədi nüvə silahlarının və texnologiyalarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək və tədricən nüvəsizləşməni təmin etməkdir. Hazırda bu müqaviləyə 191 ölkə qoşulub.

Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasına (“ICAN”) görə, 9 ölkənin nüvə silahı var: Rusiya, ABŞ, Çin, Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Şimali Koreya. Qurumun yaydığı məlumatda dünyadakı təxminən 12 min 331 nüvə başlığından 5 min 500-dən çoxunun Rusiyanın, 5 min 044-nün isə ABŞ-ın arsenalında olduğu bildirilir.

Kədərli izlər qoyan nüvə sınaqları

İndiyədək real hərbi əməliyyatlarda nüvə silahından yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olub.

Nüvə sınaqlarının əsası da bu dağıdıcı silahın ilk dəfə icad olunduğu ölkədə - ABŞ-da qoyulub. Məhz bu ölkə 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirib.  ABŞ-da son nüvə sınağı  isə 23 sentyabr 1992-ci ildə Nevada ştatındakı yeraltı mərkəzdə “Divider” kod adı ilə həyata keçirilib.

Artıq tarixə qovuşmuş Sovet İttifaqı 1949-cu ildən 1991-ci ilə qədər 727 nüvə sınağı keçirib. Rejim dağıldıqdan sonra keçmiş Sovet İttifaqının nüvə arsenalı Rusiyada qalıb. Rəsmi məlumatlara görə, Rusiya 1991-ci ildən indiyədək nüvə partlayış sınağı aparmayıb. SSRİ-nin 1961-ci ildə Novaya Zemlya adalarında sınaqdan keçirdiyi “Çar bombası” indiyədək sınaqdan keçirilən ən güclü nüvə silahı sayılır. Partlayış zamanı təxminən 50 meqaton enerji sərbəst buraxılıb. Bu güc ABŞ-ın Xirosima və Naqasakiya atdığı bombaların cəmindən 1570 dəfə çox idi. Partlayışın yaratdığı göbələk buludu 70 km hündürlüyə qalxmış, effekt isə 1000 km aralıdakı Finlandiya və Norveçə, hətta Qrenlandiyada qədər müşahidə edilib. Alimlərin qənaətinə görə, nüvə sınaqlarının ətraf mühitə vurduğu ziyanın və digər yan təsirlərinin miqyası hədsiz dərəcədə böyükdür.

Bəs niyə indi?

Məlumatdan da göründüyü kimi, ABŞ indiyədək son nüvə sınağını 33 il bundan qabaq həyata keçirib. Bəs hansı zərurət yaranıb ki, Vaşinqton uzun zaman kəsiyini əhatə edən fasilədən sonra nüvə sınağına dərhal qayıtmağı lazım bilib? Analitiklər D.Trampın Pentaqona verdiyi məlum göstərişi son günlərdə Rusiyanın bir sıra modern silahları təqdim etməsinə cavab kimi dəyərləndirirlər. Rusiya Sovet İttifaqı dövründən sonra heç bir nüvə partlayışı həyata keçirməsə də, nüvə başlığı daşıya bilən silah sistemlərinin sınaqları davam edir.

Elə bu günlərdə Rusiya Prezidenti Vladimir Putin “Poseydon” adlandırılan insansız sualtı torpedonu təqdim edib. O, nüvə başlığı daşıya bilən və nüvə enerji mənbəli insansız sualtı vasitənin uğurla sınaqdan keçirildiyini açıqlayıb. İddialara görə, təqdim olunan insansız torpedonu əngəlləmək mümkün deyil. Putin bildirib ki, “Poseydon” ənənəvi sualtı qayıqlardan daha sürətlə hərəkət edir, dərinliyə enə bilir və dünyanın hər hansı bir qitəsinə çatmaq qabiliyyətinə malikdir. Ekspertlər “Pose?don”un hədəfin sahilinə yaxınlaşdırılaraq partladılacağını və sahildəki obyektlərin həm partlayışın təsiri, həm də yaranacaq sunamilər nəticəsində məhv olacağını vurğulayırlar. Rusiya həmçinin “Burevestnik” raketini sınaqdan keçirib. Bu raket də nüvə başlığına malikdir.

Beləliklə, D.Trampın nüvə sınaqlarına başlamaqla bağlı Pentaqona göstəriş verməsi Rusiyanın əfsanəvi saydığı silahları təqdim etməsinə cavab olaraq edilmiş məcburi gediş kimi görünür. Bununla belə, analitiklər o qənaətdədirlər ki, Trampın Moskvanın nüvə təhdidinə elə nüvə təhdidi ilə cavab verməsi onun Nobel Sülh Mükafatı almaq arzusunu növbəti ildə də ertələyə bilər.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Noyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri