Icma.az
close
up
RU
Laçında dolaşan laçın xəyalım...

Laçında dolaşan laçın xəyalım...

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəşid FAXRALI

Tarixin ilmələri dolaşıq düşdü...

Dolaşıq düşən tarix erməniliyin yolgöstərəninə dönmüşdü. Müharibə başladı. Ərazilərimiz işğal olundu. Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi, təxribatlar törədirdi...

İllər keçdi...

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı.  Ordumuzun döyüş əzmi şimşəyə döndü - çaxdı, yağışa döndü - yağdı, sellərə döndü - axdı.  Döyüşənlərimiz düşməni döyüşə-döyüşə təntidib əzdi, işğal zəncirini  doğradı, kəsdi, düşmənin özünün də, havadarlarının da niyyətini  ciliklədi - tarixi Zəfər qazanıldı...

Laçın işğaldan 2020-ci ilin dekabrın 1-də azad edildi. 2023-cü il aprelin 23-də Azərbaycanın Ermənistanla sərhədində sərhəd buraxılış məntəqəsi yaradıldı. Dövlət başçımız dedi ki, "...23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası günüdür".

Laçına qayıdış 2023-cü il mayın 28-də başladı. Qayıdanlara elə gəlirdi ki, Laçın balacalaşıb. Bu duyum, bu düşüncə həsrətin hökmüymüş. Az sonra gözləri həsrətdən sıyrılıb, Laçına könüllərinin gözüylə baxıblar; ruhları yenidən qurulan Laçının ruhuna sarılıb...

Laçında yaradılan Memorial parkda "İşğal" və "Zəfər" muzeyləri  yaradılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamı ilə avqustun 26-sı Laçın şəhəri günü elan edilib.

Mayın 4-də Güləbird kəndinin təməli qoyuldu, kənddə də 581 ailə məskunlaşacaq...

lll

Ruhun zamanı olmur...

Ruh min il əvvəlin olmuşlarını da yaşadır, beş-altı il əvvəlin olmuşlarını da, bu gün sökülən dan yerinə ruhu rəvanların duasını da. Səyyar xəyalım səngərlər dolaşırdı, səngərlərdə döyüşçülərlə diz-dizə, üz-üzə, söz-sözə kəlmələşirdi. xəyalım işğalda qalan əraziləri səngər-səngər dolaşırdı...

Yol uğurdu, yol mənzildi, yol niyyətdi. Yola çıxırsan - uğurdasan, yola çıxırsan - mənzil kəsirsən, yola çıxırsan - səni niyyətinin işığı çəkir...

Uğurdayıq. Mənzil kəsə-kəsə niyyətimizin işığına tələsirik. Ruhumuzla yağının son nəfəsinə atılmış güllələrin səsini eşidirik. Yol gödəldikcə səs aydınlaşır, səs aydınlaşdıqca işıq artır. Artan  işıqda neçə illər əvvəl bu torpaqda çaxmış şimşəkləri, daşmış selləri, sellər udmuş dərələri, ...görürük. O işıqda tarixin dolaşığa düşmüş çağlarını da xatırlayırıq, dolaçığın necə açıldığını da.

Bunlar Xeyirə xeyir-dua veriləndə də xatırlanacaq, Şərə lənət oxunanda da...

İki on səkkiz may günü

18 may günü 1 günün tarixi deyil, duyğularımın, düşüncələrimin, təəssüfümün, hiddətimin, qəhərimin,.. 33 ilin o üzündə qalan 1 gününün tarixidi. Ruhumuzda yellər əsdirən birinci 18 may gününü minlər kimi mən də ağrı-acılarla yaşamışam, əli göydən üzülənlərin ağrılarını görə-görə yaşamışam, ruhu üyüşənlərin qəhərini qəhərim bilib yaşamışam. Mən də özümü tifaqı dağılanlardan biri sanmışam...

2020-ci ilin dekabrına kimi Laçın gündüzlər xəyallarımızdaydı, gecələr yuxularımızda...

Laçını ustadım şair Əli Səngərlidən eşitdiyim "laçın" kəlməsinin işığında tarix dərsliklərində, tarix dərslərində tanımışdım, sonra - tarixdən. Laçını Sultan bəylə tanımışdım, sonra ruhumu ruhunun od daşıyıcısı bildiyim laçınlılarla - düşüncələrimdə sultanlıq eləyənlərlə...

Mənim gecələrim hər gecə oyaq,

Mənim gecələrim gözləri açıq.

Mənim gecələrim özündən dümağ,

Gündüzə qarışıq, Günə bulaşıq.

Bir tut ağacıyam - tərəcəm masa,

Silkinib tökürəm bütün xarımı.

Şeir yazmayanda -

mən heç olmasa

Üstünü örtürəm balalarımın...

Zamanında şeirimizin Ağa Laçınlısı belə yazmışdı. Ağadan sonra Laçın laçınlılara Ağa olmuşdu, sevgisini, havasını, təbiətini kəndlərinin gecələrinə bürüncək eləyirdi, Ağanın gecələri necəydisə, Laçının da gecələri eləydi...

Sonra müharibə başladı, sonra pərəni pozuldu Laçının, günü-güzəranı güllələrlə yozuldu. Xəyallarımızın səməndi dəyişdi, Laçın adlı dünyanın dərdqananlara ünvanlandığı könül, ruh təcnisinin möhürbəndi dəyişdi: Laçınam, arxa haray!.. Qanadlanan, qanad çalan harayın qanadları yorulubmuş. O ilin o aylarında məlum, naməlum ünvanlara uğura çıxanlar kaftan geyinmişdi, Laçının harayını ürəyiylə eşidənlər qəm köynəyindəydi...

Birinci 18 may günü...

Mayın 18-nə iki gün qalırdı...

Döyüşçülərimiz düşmənin Turşsudan, Qala dərəsi tərəfdən hücumunun qarşısını aldı. Mayın 17-də Laçın şəhərində nə hərbçi vardı, nə mülki, nə döyüş vardı, nə döyüşən. Ərazini Ermənistanın bu istiqamətdə döyüşən ordu hissələrindən qorumaq üçün Qala dərəsi istiqamətində 30-40 döyüşçü qalmışdı; döyüşən hissələrimiz Qubadlıya tərəf çəkilmişdi. Niyə? Nəyə? O vaxt verilməli sualları indi verməyin nə səmərəsi?..

Mayın 18-də Laçın şəhərində də, Gorus-Laçın-Şuşa yolunun yaxınlığındakı kəndlərdə də döyüş olmadı. Erməni döyüşçüləri şəhərə də, bu kəndlərə də döyüşsüz yiyələndilər. Ermənilərin arzuladığı ərazi körpüsü - dəhliz açıldı...

Noyabrın 6-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu tarixi sənəd Azərbaycanın qalibiyyət sənədi idi, Ermənistanın məğlubiyyət sənədi.

İkinci 18 may günüdü. 2025-ci ilin 18 may günü...

Duyğularımın, düşüncələrimin, təəssüfümün, hiddətimin, qəhərimin,.. 1 günü 28 il 6 ay 12 gün çəkdi. Laçından uşaqlığından çıxanların uşaqları indi əsgərdi. Eləsi var hələ atasının gedə bilmədiyi ərazidə Laçının müdafiəsindədi.

Laçındayam. Gözəlliklərdən, Məmməd İlqar demişkən, nə bir könül doyur, nə göz əl çəkir. Dünyanın qara daşı göyərib - Azərbaycan Ordusunun qüdrəti göyərdib, döyüşənlərimizin qəhrəmanlıqları göyərdib, əsgərləşən ruh göyərdib...

Günayın 24 yaşı var. Atası Laçının Güləbird kəndindəndi. Döyüşə-döyüşə əsgər olmuşdu, Laçın işğal olunanda əsgər idi. Döyüşürdü. Hərbi xidməti döyüşlərdə keçmişdi. Göz yaşları neçə döyüşçü dostunun son nəfəsinə düşmüşdü. O da göz yaşları ürəyinə axa-axa çıxıb Laçından. Laçının həsrətinə görə illər ürəyinə yük olsa da, Laçınlı dünyası Laçınsız olmayıb, xəyallarında.

O illərdə ocağından perik düşənlərin bayatıları dəyişmişdi - başqalaşmışdı, qəhərləşmişdi. Bu qəhər insafsızcasına ömürdən ömür umurdu:

...ara həsrət,

Ara - dərd, ara - həsrət...

Qara darağın ilə

Dərdimi dara, həsrət!..

"Bu həsrət Vüqar balalarıyla birlikdə Güləbirdə dönənə kimi ovuna bilməyəcək..." - 18 may səhərinin sərin mehi düşüncələrimi titrədir: Günay Güləbürddən söz düşəndə kövrəlir, - atasının Güləbürdlü xatirələrini xatırlayır. O xatirələr atasının həsrəti olub zamanında. İllərlə özü yaşayıb, sonra bu qara həsrəti Güləbürddən uzaqlarda balalarıyla nəfəs-nəfəsə yaşadıb. 2020-ci il dekabrın 1-nə kimi bir qəhər hönkürüb. Bu qəhər Güləbürdün göylərində dolaşan dolaşan sözün qəhəri olub, kövrələ-kövrələ, kövrəldə-kövrəldə bayatılaşıb:

...gülə bir də,

Dərdlilər gülə bir də.

Yollar insafa gələ,

Yetəydim Güləbirdə!..

Mayın 18-di...

Mayın 18-də 8 noyabr ovqatı var, 1 dekabr ovqatı var, 20 sentyabr ovqatı var - Zəfər ovqatı var. Bu ovqat Laçında laçınlılarla kəlmələşəndə də yaşanılır: "70 ilin 31 ilini Laçından uzaqlarda yaşadım. Yaşadımmı? - 31 il ruhum sıxıntılar çəkdi. Laçınımıza ruh cana qayıdan təki qayıtdım. Qaytarana min şükür!", - kəlmələr Şiruyəyə də (poliqrafçıdır), Rafiqə də (jurnalistdir), Habilə də (ehtiyatda olan zabitdir) könül xoşluğu verdi...

Sarıbabaya sarı baxırıq, Topxanaya sarı baxırıq - bu mayın 18-dən o mayın 18-nə baxırıq. Həmsöhbətimin baxışları Hocaz qayası tərəfdə çırpınır, uçunur - 33 il əvvəl burda sentyabr, oktyabr döyüşləri olub. Birinci Qarabağ müharibəsinin ən ağır döyüşlərindən biri, şəhidlik döyüşlərindən biri. Sonralar Azərbaycanın Milli Qəhrəmanı adı verilən Ayxan Güləliyev də bu döyüşlərdə şəhid olub...

Həkərinin sahilindəyik. Elə gözəl axır ki! Nə yolçu küsdürür, nə könül qübarlandırır. Onun belə axışıyla Borçalıda Xran (Ehram) çayının axışında başaçılmaz bir eyniyyət görürəm və deyirəm ki,

Çuxasını yellər atmış çağ üçün,

Dağ dodağı daş çeynəyən dağ üçün,

Dünənləri yada salan "ah" üçün,

Ay Həkəri, Faxralıdan gələn var!

Ruhumuzda şimşək çaxdı, dinmədin,

Gözümüzdən sellər axdı, dinmədin,

Yolumuzca gürşad yağdı, dinmədin,

Ay Həkəri, Faxralıdan gələn var!

Əl yetirdim qayaya da, daşa da,

Daşlarında daşa dönən yaşa da,

Daş cığırlar - həsrətimin yaşıdı,

Ay Həkəri, Faxralıdan gələn var!

Ayaq qoyub üzəngiyə, gəlmişik,

Soraq çatsın Yerə, Göyə, gəlmişik,

Bu gəlişlə bir səcdəyə gəlmişik,

Ay Həkəri, Faxralıdan gələn var!

Qılınc-dalğan sal daşları kəsirdi,

Axıb-axıb durulurdun, nə sirdi?!

Qərib qonaq sirlərinə əsirdi,

Ay Həkəri, Faxralıdan gələn var!

Tamarzıyıq, pıçıltını gur elə,

Bu görüşü duymayana görk elə,

Sahilində ruhumuza yer elə,

Ay Həkəri, Faxralıdan gələn var!

Hansı ilin 18 mayındasa yenə Laçına güzar edəcəm. Yenə gözdolusu baxacam, yenə könlüm atdanacaq, Yenə sevgilərlə deyəcəm ki, laçın xəyalımın Laçınındayam!..

Laçın, 18 may, 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri