Icma.az
close
up
RU
Laçında “Zəfərin Səsi Laçın 2025” adlı tədbir keçirilib

Laçında “Zəfərin Səsi Laçın 2025” adlı tədbir keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin səsi – Laçın 2025” adlı tədbir keçirilib.

XQ xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Dövlət Bayrağı Meydanından başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub və milli birliyimizin, dövlət qüdrətimizin rəmzinə çevrilib.

Xüsusi nümayəndə vurğulayıb ki, azadlıq və bütövlük uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Məhz onların qəhrəmanlığı və igid əsgər-zabitlərimizin fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda əzmlə dalğalanır.

Məsim Məmmədov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Bakıda — Azadlıq Meydanında Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi paradın keçirildiyinə də toxunub. O, bu tədbirin dövlətimizin gücünü, Ordumuzun qüdrətini və xalq-dövlət birliyini nümayiş etdirdiyini bildirib.

Həmçinin qeyd edib ki, Zəfərin rəmzinə çevrilən Laçında bu bayramın qeyd olunması həm qayıdışın, həm də dirçəlişin simvoludur. Bu torpaqlara həyatın, inkişafın və insan nəfəsinin qayıdışı şəhidlərimizin ruhuna ən böyük ehtiramdır.

Daha sonra şəhid Sahib Həsənovun həyat yoldaşı Mehriban Binntova çıxışında şəhid ailələrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib: “Bu torpaqlarda yenidən addımlayırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsindədir. Həyat yoldaşım Vətən uğrunda döyüşə getdi və geri dönmədi, amma mən bilirəm ki, o, bu gün buradadır – bu dağlarda, bu bayraqda, bu azadlıq nəfəsində. Bizim şəhidlərimiz torpağa deyil, Vətənə qarışdılar. Bu Zəfər yalnız bir döyüşün deyil, bütün xalqımızın dirənişinin simvoludur”.

2020-ci il Vətən müharibəsi qazisi Taleh İsgəndərov çıxışında döyüş yolundan danışaraq bildirib: “Biz döyüşə qorxu ilə deyil, inamla getdik. Bu gün buradayıqsa, bu, təkcə bizim yox, bütün Azərbaycan xalqının Zəfəridir. Şəhid olan döyüş yoldaşlarımız bizə bu qürurlu qalibiyyəti əmanət etdilər”.

1990-cı il Qarabağ müharibəsi veteranı Şakir İsgəndərov isə çıxışında müharibə illərindən, düşmən mühasirəsində keçirdiyi günlərdən danışıb: “54 gün düşmən mühasirəsində qaldım. Hər səhər dua edirdim: “Ya Rəbbim, bayrağımı yerə salma, imanımı sındırma”. Əlimdə yalnız bir ümidim – bayrağım, bir dayağım – Quranım vardı. Şükürlər olsun, bu gün həmin arzuma çatdım. Laçındayam, bayrağımızın kölgəsindəyəm. Bu, ömrümün ən böyük mükafatıdır”.

Rəsmi hissədən sonra tədbir Heydər Əliyev küçəsində ağacəkmə aksiyası ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri