Icma.az
close
up
RU
Laçında həyat yenidən qurulur ŞƏRH

Laçında həyat yenidən qurulur ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avqustun 26-sı artıq Azərbaycan tarixində xüsusi bir məna daşıyır. Bu gün Laçın şəhərinin işğaldan tam azad edildiyi, Azərbaycan bayrağının doğma yurdumuzda dalğalandığı gündür. 2022-ci ildə baş tutan bu hadisə yalnız hərbi-siyasi qələbə deyil, həm də xalqımızın milli ruhunun, əzminin, 30 illik həsrətinin sonu deməkdir. Bu gün Laçın təkcə bir şəhər kimi deyil, bütövlükdə Azərbaycan xalqının zəfər rəmzi kimi yaddaşlara həkk olunub.

Azərbaycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı şanlı qələbə nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad edildi. Lakin Laçın dəhlizinə nəzarət məsələsi, eləcə də Laçın şəhərinin tam azadlığı sonrakı mərhələdə reallaşdı. 2022-ci ilin avqustunda Azərbaycan diplomatik, siyasi və hərbi imkanlarını ustalıqla birləşdirərək Laçının tam nəzarətə götürülməsinə nail oldu. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik, işğalçı qüvvələri torpaqlarımızdan çıxardıq.”

Laçının azad olunması həm də Azərbaycanın dövlətçilik ənənələrinin davamlılığını təsdiqləyir. Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı illərdə bildirirdi ki, Qarabağ və işğal altındakı torpaqlar gec-tez azad ediləcək. Onun siyasi xətti bu gün cənab Prezident İlham Əliyevin liderliyi ilə öz real nəticəsini verdi. Bu mənada, Laçın qələbəsi Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının məntiqi davamıdır.

Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Laçında da “Böyük Qayıdış” proqramını icra edir. Yeni yollar, tunellər, enerji infrastruktur layihələri, məktəblər, xəstəxanalar və yaşayış massivləri tikilir. Rəsmi məlumatlara görə, artıq minlərlə məcburi köçkün ailəsinin Laçına qayıdışı üçün bütün şərait yaradılıb. Bu, həm də dövlətin vətəndaşına olan sədaqətinin, xalq-dövlət birliyinin bariz nümunəsidir.

Laçının azad olunması geosiyasi baxımdan da mühüm nəticələr doğurub. Bir tərəfdən, Azərbaycan regionda strateji üstünlüyünü möhkəmləndirdi, digər tərəfdən isə Ermənistanın revizionist siyasətinə son qoydu. Hazırda Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda sülhün və əməkdaşlığın əsasını qoyur. Laçın şəhərinin işğaldan azad edilməsi bu baxımdan “Azərbaycan modelinin” – yəni milli güc, siyasi iradə və beynəlxalq hüquqa söykənən siyasətin təntənəsidir.

Bu gün Laçın şəhərinin azadlığı yalnız hərbi-siyasi deyil, həm də mənəvi qələbədir. Ən əsası, burada qayıdış yalnız evlərə və torpaqlara deyil, həm də tarixi yaddaşa, milli kimliyə və xalqın ləyaqətinə qayıdışdır. Bu səbəbdən 26 avqust Azərbaycan xalqı üçün əbədi qürur və fəxr günüdür.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri