Icma.az
close
up
RU
Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub FOTOLAR

Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Laçın şəhərində keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin bu il "MDB-nin mədəniyyət paytaxtı" olan Laçın şəhərinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini bildirib.

Xüsusi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereyalar və s. burada mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Məsim Məmmədov Laçında gerçəkləşən beynəlxalq mədəniyyət layihələrinə dəstək verən qurumlara və şəhərə təşrif buyurmuş yaradıcı gənclərə təşəkkürünü bildirib.

Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev deyib ki, 26 avqust - Laçın Şəhəri Gününə həsr olunan gənclər düşərgəsinin MDB ölkələri arasında mədəni inteqrasiyaya töhfə verməklə yanaşı, dövlətimiz tərəfindən dirçəldilən Laçın şəhərində yaradıcı mühitin inkişafında da rol oynayacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu icraçı direktorunun müavini Elvira Dolya, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, bu qəbildən layihələr yaradıcı gənclər arasında əməkdaşlığın genişlənməsinə, yeni ideyaların formalaşmasına zəmin yaradır.

Sonra tədbir iştirakçıları Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunmasına və gənclər düşərgəsinə həsr edilən videoçarxları izləyiblər.

Sonda ölkəmizdən və xaricdən düşərgəyə qatılan gənclərə, eləcə də layihənin reallaşmasında iştirak edən könüllülərə sertifikatlar təqdim olunub.

Başlanış mərasimi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan gənclər iştirak ediblər. Laçın Şəhəri Günü çərçivəsində eyni zamanda “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” də gerçəkləşib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri