Icma.az
close
up
RU
Laçında qəbiristanlıq problemi HƏLL OLUNUB

Laçında qəbiristanlıq problemi HƏLL OLUNUB

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Qəbiristanlıq məsələsi Laçında da problem idi. Laçın qəbiristanlığı ermənilər tərəfindən dağıdılmışdı. Burada abadlıq işləri başlanandan sonra müəyyən işlər görüldü. Təxminən 300 qəbir daşı gətirilmişdi. Dağıdılan qəbirlərin 260-dan çoxu bərpa edildi”.
 

Bunu Modern.az-açıqlamasında Laçından olan ziyalı Qəzənfər Hüseynov deyib:
 

“İnsanlar bu problemlə bağlı mənə müraciət edirdi, mən də nümayəndəliyə müraciət etdim. Bir Qarabağ qazisi zabitimiz Bakıda yaşayırdı, vəsiyyət etmişdi ki, öləndə Laçında dəfn olunsun. Sonra oğulları müraciət etdi, mən də məsələni Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyevə danışdım, o da sağ olsun, bizə kömək etdi. Biz həmin qazimizi gətirib burada ana-atasının yanında dəfn etdik. Bu gün kimsə  Laçında dəfn olunmağını vəsiyyət edibsə, bu məsələdə köməklik göstərilir. Əgər həmin şəxsin valideynlərinin məzarı yanında yer yoxdursa, Qarıkaha kəndində salınmış yeni qəbiristanlığa aparılır. Orada şəhidlər üçün də ayrıca qəbiristanlıq yeri ayrılıb”.
 

Müsahibimiz qeyd edib ki, Laçında qəbiristanlıq problemi öz həllini tapıb:
 

“Əvvəllər belə problem vardı, artıq bunu həll etdik. Ümumiyyətlə, insan harada ölsə, orada da dəfn olunmalıdır. Məsələn, burada bir nəfər vəfat etdi, biz də dəfnində iştirak etdik. Oğullarına dedim ki, o, bura ölməyə gəlib, niyə aparırsınız?!  Dedilər ki, yoldaşı Bakıdadır, ora aparırıq. Bu şeyləri sakinlərin öz qohumları istəyir”.
Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə  davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. 
Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb.
"Böyük Qayıdış" prosesi nəticəsində doğma yurd-yuvalarına dönən keçmiş məcburi köçkünləri narahat edən bir məsələ var: qəbiristanlıqların bərpası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində vəfat edən yerli sakinlərin orada dəfn olunması... Bəzi bölgələrdə problem həll olunsa da, bəzilərində hələ aradan qaldırılmayıb.

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri