Icma.az
close
up
RU
Laçında qəbiristanlıq: 260 dan çox məzar BƏRPA EDİLİB

Laçında qəbiristanlıq: 260 dan çox məzar BƏRPA EDİLİB

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə  davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. 
Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb.
"Böyük Qayıdış" prosesi nəticəsində doğma yurd-yuvalarına dönən keçmiş məcburi köçkünləri narahat edən bir məsələ var: qəbiristanlıqların bərpası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində vəfat edən yerli sakinlərin orada dəfn olunması...
Qeyd edək ki, azad olunan və əhalinin köçdüyü bəzi bölgələrdə vəfat edən insanlar hələ də həmin ərazidə dəfn olunmurlar. Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlər vəfat edən yaxınlarını hələ də orada dəfn edə bilmirlər. Bununla bağlı bəzi çətinliklər qalır. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında qəbiristanlıqların yaradılması da nəzərdə tutulub.

Modern.az bu barədə dəfələrlə məsələ qaldırıb. Bəzi bölgələrdə problem həll olunsa da, bəzilərində hələ aradan qaldırılmayıb.

Bir müddət əvvəl xəbər vermişdik ki, Şuşa şəhərindəki qəbiristanlıqda dünyasını dəyişən bir neçə keçmiş məcburi köçkünü dəfn etmək mümkün olub.

Laçından olan ziyalı Qəzənfər Hüseynov saytımıza verdiyi açıqlamada bildirilib ki, qəbiristanlıq məsələsi Laçında da problem idi.

"Laçın qəbiristanlığı ermənilər tərəfindən dağıdılmışdı. Burada abadlıq işləri başlanandan sonra müəyyən işlər görüldü. Təxminən 300 məzar daşı gətirilmişdi. Dağıdılan qəbirlərin 260-dan çoxu bərpa edildi. İnsanlar bu problemlə bağlı mənə müraciət edirdi, mən də nümayəndəliyə müraciət etdim. Bir Qarabağ qazisi zabitimiz Bakıda yaşayırdı, vəsiyyət etmişdi ki, öləndə Laçında dəfn olunsun. Sonra oğulları müraciət etdi, mən də məsələni Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyevə danışdım, o da sağ olsun, bizə kömək etdi. Biz həmin qazimizi gətirib burada ana-atasının yanında dəfn etdik. Bu gün kimsə  Laçında dəfn olunmağını vəsiyyət edibsə, bu məsələdə köməklik göstərilir. Əgər həmin şəxsin valideynlərinin məzarı yanında yer yoxdursa, Qarıkaha kəndində salınmış yeni qəbiristanlığa aparılır. Orada şəhidlər üçün də ayrıca qəbiristanlıq yeri ayrılıb”.

Müsahibimiz qeyd edib ki, Laçında qəbiristanlıq problemi öz həllini tapıb:

“Əvvəllər belə problem vardı, artıq bunu həll etdik. Ümumiyyətlə, insan harada ölsə, orada da dəfn olunmalıdır. Məsələn, burada bir nəfər vəfat etdi, biz də dəfnində iştirak etdik. Oğullarına dedim ki, o, bura ölməyə gəlib, niyə aparırsınız?!  Dedilər ki, yoldaşı Bakıdadır, ora aparırıq. Bu şeyləri sakinlərin öz qohumları istəyir”.
 



 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri