Icma.az
close
up
RU
Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi Millət vəkili

Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi Millət vəkili

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan xalqı olaraq mayın 28-də tarixi anlar yaşadıq. Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Laçın Beynəlxalq Hava Limanının açılışı, Azərbaycan,Türkiyə və Pakistan liderlərinin  Zirvə görüşü, onların Müstəqillik Gününə həsr olunmuş konsert proqramında iştirak etməsi qürurvericidir. Liderlərin səsləndirdiyi mesajlar sarsılmaz birliyimizin və həmrəyliyimizin göstəricisidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamında dəqiq ifadə olunub. Cənab Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Azərbaycan və Pakistan arasında da münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Təsadüfi deyil ki, Laçında 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirdə dostluq və qardaşlığımız “3 dövlət-1 millət” fəlsəfəsi ilə səciyyələndirilib.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın ölkəmizə güclü siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğulayıb. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

“Ümumiyyətlə, Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi. Biz iftixar hissi keçiririk ki, işğaldan azad edilmiş ərazilərimiz qısa müddət ərzində dünya liderlərini qəbul edir, həmin ərazilərdə möhtəşəm tədbirlər keçirilir. Təbii ki, bu mənzərə düşmənlərimizi, bədxahlarımızı məyus edir. Liderlərin verdiyi mesajlardan onlar ciddi nəticə çıxarmalıdırlar. Çünki bu birlik dünyada yeni bir geosiyasi gücdür. Regionumuzda sülh və əməkdaşlıq deyil, gərginlik yaratmağa çalışan qüvvələr bizim birliyimiz qarşısında dayana bilməz”,-deyə Fatma Yıldırım vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see162

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri