Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

YAP 33 il Xalqın inam və etimad ünvanı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

Laçında beynəlxalq konfrans: Deputat mühüm mesajlar verdi FOTO

Laçında beynəlxalq konfrans: Deputat mühüm mesajlar verdi FOTO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyənin Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani və deputat Rövşən Muradov çıxış ediblər.

Beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximiz baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, bu il həm 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 30 illiyi, həm də 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümü qeyd olunur. Onun sözlərinə görə, bu sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün mühüm məna daşımaqla yanaşı, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılmasına xidmət edir.

"Məlumdur ki, müstəqil və suveren dövlətin qurulması, onun inkişafı hər bir xalq üçün ən böyük nailiyyət sayılır. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas rəmzləri özündə birləşdirən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik və müstəqillik ilkin və əsas şərtdir. Eyni zamanda, dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi və sosial-iqtisadi bünövrə yaradılmalıdır.

Ölkəmizə münasibətdə qeyd edilməlidir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş Ulu öndər Heydər Əliyev 1969-cu ilin “14” iyulunda Azərbaycan KP MK-nın Birinci katibi seçilməklə ölkəmizin intibah dövrünə qədəm qoyması belə bir bünövrə rolunu oynamışdır.

O, Azərbaycan Respublikasına iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə “14” iyul 1969-cu ildə; ikinci dəfə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən təxminən 1il 8 ay sonra, yəni “15” iyun 1993-cü ildə. Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması ilə; ikinci dövr isə Azərbaycanın tarixində ən ağır, fəlakətli illər ilə üz-üzə qalması ilə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev hər dəfə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. 

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Məlumdur ki, SSRİ-nin dağılması ərəfəsində Keçmiş İttifaqın tərkibində olmuş respublikaların yalnız ikisi tam müstəqil olaraq öz iqtisadiyyatını idarə etmək imkanına malik idi: Rusiya və Azərbaycan! Həmin illərdə Azərbaycanın bu səviyyəyə qalxmasının əsas səbəbi isə keçən əsrin 70-80-ci illərində ona məhz, Heydər Əliyevin rəhbərlik etməsi ilə izah edilir. 1982-ci ilin sonunda Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsindən sonra, xüsusilə də 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş bəzi səriştəsiz adamların fəaliyyətsizliyi üzündən SSRİ vaxtı xüsusilə, keçən əsrin 70-80-ci illərində burada yaradılmış böyük iqtisadi potensial ilbəil dağıdılıb talan edilməyə başlamış və 1991-1993-cü illərdə özünün kulminasiya mərhələsinə qədəm qoymuşdur. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “...1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”.

Respublikamızın yenidən belə ağır vəziyyətə düşdüyü bir vaxtda-1993-cü ilin 15 iyununda xalqımızın tam əksəriyyətinin təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gətirilməsi Azərbaycanı və bütünlükdə xalqımızı çıxılmaz fəlakətdən xilas etdi və onun qurtuluşu başlandı. Öz xalqından heç bir təmənnası olmayan bu böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdarkən “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”-demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən-Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul olunmuş; məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, Qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısına cəlb edə bilməsindən ibarətdir. Onun Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi idi ki, cəmi bir neçə il ərzində ölkəmizə 10 milyarddan çox ABŞ dolları cəlb edilmiş və həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanda 1989-cu ildən ötən dövr ərzində ilk dəfə olaraq, 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş vermiş və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir. 

O dövrdə SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermədiyi üçün ölkənin yeni Konstitusiyasının qəbul edilməsi labüd idi. Belə ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.

Beləliklə, 1995-ci ildə Milli Məclisin müvafiq qərarı ilə Ulu öndər Heydər Əliyev sədr olmaqla yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Komissiyanın iclasında Ulu öndər demişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Ulu Öndər Heydər Əliyevin çıxışında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynamışdır.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş və bu təqvim günü ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

İctimai münasibətlərin inkişafı zərurətindən irəli gələrək Konstitusiyaya 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir. Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı və səmərəli müdafiəsi məqsədlərinə xidmət edir.

Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Eyni zamanda qeyd edilməlidir ki, ölkə Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Hazırda dövlətimiz ildən-ilə güclənərək iqtisadi inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır və onun bilavasitə, təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki respublikamızın eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Sonda qeyd etmək istəyirəm ki, Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf mərhələləri, İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi, tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see235

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see225

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see222

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see189

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see150

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

YAP 33 il Xalqın inam və etimad ünvanı

20 Noyabr 2025 21:04see132

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see127

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see127

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see127

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

20 Noyabr 2025 21:34see126

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri