Icma.az
close
up
RU
Laçından dünyaya ismarış: Ərdoğan və Şərif bəyan edir “Qırmızı xəttimizdir!”

Laçından dünyaya ismarış: Ərdoğan və Şərif bəyan edir “Qırmızı xəttimizdir!”

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Laçın Beynəlxalq Hava Limanının açılışı həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan çoxqatlı və dərin mənalar daşıyır. Hava limanının açılışında Türkiyə liderinin iştirakı da bunun bariz sübutudur”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Laçın Beynəlxalq Hava Limanının açılışı təkcə bir nəqliyyat layihəsi deyil:

“Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfəri və xüsusilə də bu tarixi səfərin Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi və üç ölkə liderinin görüş üçün işğaldan azad olunmuş Qarabağı, Laçını seçməsi də əslində özündə olduqca mühüm mesajları ehtiva edir.

Məlumdur ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir və indi Müstəqillik günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilliyinə və suverenliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər. Həm Türkiyə, həm də Pakistanın işğal dövründə də Azərbaycana verdikləri dəstək və eləcə də 44 günlük Vətən savaşında bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri və ölkəmizə hücumlarda yanımızda olmaları hər kəsə məlumdur.

Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya “Qarabağ Azərbaycandır” və “Azərbaycanın ərazi bütövlüyü təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün qırmızı xəttdir” mesajını ehtiva edir”.

Yusif Bağırzadə

Politoloqun sözlərinə görə, bu səfər həm də Türkiyə və Pakistanın regionda birbaşa siyasi və iqtisadi aktor qismində iştirak niyyətləri ilə bağlıdır:

“2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan aeroportunun açılışlarında iştirak etmiş Ərdoğanın indi də Laçında olması bu ardıcıl strategiyanın göstəricisidir. Eynilə, Ermənistanı bir ölkə kimi tanımayan Pakistan da Cənubi Qafqazda bu və ya digər şəkildə yer almaq istəyir. Bu, Çin və Hindistanın regiondakı maraqları fonunda xüsusi əhəmiyyət daşıyır.

Şübhəsiz ki, Türkiyə və Pakistanla əlaqələr Azərbaycan üçün hər zaman prioritet olub və keçən dövr ərzində hər üç ölkə bir-birilə təkcə etibarlı tərəfdaş və müttəfiq yox, həm də sözün əsl mənasında qardaş olduqlarını sübut ediblər. Son olaraq müharibədən sonra, 2021-ci ilin iyulunda, üç ölkə arasında imzalanmış Bakı Bəyannaməsi isə Bakı, Ankara və İslamabad arasında üçtərəfli əməkdaşlıq üçün yeni imkanlar açıb.

Ümumiyyətlə, Azərbaycanın Türkiyə və Pakistanla qurduğu və müxtəlif sahələri əhatə edən dostluq və qardaşlıq münasibətləri bu gün İslam aləmi və bütövlükdə dünya üçün bir nümunə sayıla bilər. Bu səfər çərçivəsində liderlərin görüşü isə üçtərəfli daha geniş əməkdaşlıq platformasının əsasını qoyacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri