Icma.az
close
up
RU
Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar

Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi. Konsert proqramından öncə ölkələrin rəhbərləri tədbir iştirakçılarının qarşısında çıxış edərək olduqca mühüm mesajlar səsləndirdilər. Heç şübhəsiz ki, səsləndirilmiş mesajların beynəlxalq konteksti dünyanın aparıcı mətbu orqanlarının səhifələrində hələ çox müzakirə və şərh olunacaq. Ən azından ona görə ki, bütün mesajlar dünyada sülhə və ölkələr arasında ədalətli münasibətlərə çağırış motivli idi. Ancaq mövcud yazıda oxucuların diqqətini bilavasitə daxili məsələyə aid olan maraqlı bir mövzuya cəlb etmək istərdik. Belə ki, dünyanın və ilk növbədə bütün maraqlı ölkələrin diqqəti sözügedən tədbirə yönəldiyi zaman Prezident İlham Əliyev bu cür unikal və mühüm platformadan istifadə edərək öz çıxışında belə bir fikri xüsusi olaraq vurğuladı: “Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.” Əslində, bu fikirlə dövlətimizin başçısı “vətənpərvərliyi” ideoloji fəaliyyətinin mütləq prioriteti kimi müəyyən etmiş olur. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin işğaldan azad edilmiş Laçın şəhərində dövlətlərimizin birliyini və həmrəyliyini nümayiş etdirən Zirvə görüşünün məhz Azərbaycan xalqının öz Müstəqillik Gününü qeyd etdiyi bir gündə, mayın 28-də, xalqımız üçün əlamətdar olan gündə keçirilməsinin rəmzi mənası çox böyükdür. Bu, ilk növbədə qardaşlığın gücü, qardaşlıq rəmzi olaraq başa düşülür. Bütün dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycan, Türkiyə və Pakistan bir-biri ilə sıx bağlı dövlətlərdir. Çox yaxşı bəllidir ki, üçtərəfli əlaqələr iqtisadi, hərbi və humanitar sahələrdə fəal şəkildə inkişaf edir. Sirr də deyil ki, ölkələrimiz həm regional, həm də beynəlxalq siyasət məsələlərində bir-birlərini dəstəkləyirlər. Təsadüfi deyil ki, bu dəstək, məhz dövlət başçılarının Laçında keçirilən sammitdəki çıxışlarında da öz əksini tapmış oldu. Mayın 28-də Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü təkcə siyasi və iqtisadi əməkdaşlığın deyil, eyni zamanda sarsılmaz dostluğun və qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərini bir araya gətirən də məhz budur. Azərbaycanın müstəqilliyi günündə hər üç qardaş ölkə rəhbərinin birgə görüşü çox mətləblərdən, gələcəyə hesablanmış qarşılıqlı münasibətlərdən xəbər verir. Ölkələrimizin, xalqlarımızın tarixi əlaqələrinin kökündə dayanan mənəvi, iqtisadi, siyasi yaxınlıq, doğmalıq daim ölkələrimizin siyasətində başlıca prinsip olmuşdur. Azərbaycan xalqı bunu 44 günlük Vətən müharibəsində gördü və heç vaxt unutmayacağı duyğuları yaşadı. Daim yanımızda olan, bizə siyasi və mənəvi dəstək verən Türkiyə və Pakistan dövlətləri və xalqları nümunəvi əməkdaşlıq modeli sərgilədilər. Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər tarixi reallığın sözlə ifadəsidir. Ölkəmizin başçısı bu münasibətləri yüksək qiymətləndiriərək demişdir: “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.” Ölkə Prezidenti Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqlı davasını dəstəkləməsi, Prezident İlham Əliyevin bu ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, onun regional əməkdaşlığın və dostluğun güclənməsinə verdiyi önəmi göstərir. Prezident İlham Əliyev çıxışında bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxundu. O qeyd etdi ki, artıq Laçın şəhərində müasir infrastruktur qurulub, yeni yaşayış binaları, məktəblər, yollar və sosial obyektlər inşa olunub. Minlərlə laçınlı öz doğma torpaqlarına qayıdıb və bu proses davam edir. Prezident “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunu bildirərək vurğuladı ki, dövlət bu məsələdə bütün lazımi tədbirləri həyata keçirməkdə qərarlıdır. Prezidentin çıxışında ən çox diqqət çəkən məqamlardan biri də milli birliyə və vətənpərvərliyə verdiyi önəm idi. O, vurğuladı ki, Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparıb və bu gün müstəqil, güclü Azərbaycan dövlətinin qurulması məhz bu milli ruhun nəticəsidir. Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir və orada səsləndirilmiş mesajlar Müstəqillik Günümüzə yeni rəng və məna qatmış oldu. Öz ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan xalqı “müstəqillik” məfhumunun ideoloji mahiyyətinə “həmrəylik” və “birlik” kimi amilləri də əlavə etmiş oldu. Həmrəylik və birlik Azərbaycan xalqının və müasir cəmiyyətimizin yaşam modeli olaraq davamlı inkişafı təmin edir. Əldə etdiyimiz Qələbə sayəsində bizim müstəqilliyimiz artıq qüdrət, qürur və birlik simvoluna çevrilib. Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha səmərəli mövqenin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərəcək.

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhtçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see181

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see144

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see122

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see118

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see117

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see115

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri