Icma.az
close
up
RU
Laçınım, Laçınım, gözəl Laçınım!

Laçınım, Laçınım, gözəl Laçınım!

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycan Ordusunun qələbəsinin rəsmi sənədi idi. Bəyanata əsasən Ermənistan ordu hissələrini və ona tabe olan silahlı dəstələri Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz çıxartmalı idi. Bu şərt də qalib Azərbaycanın məğlub Ermənistandan ciddi tələblərindən biri idi...
Laçın 1992-ci il mayın 18-də işğal olunmuşdu. Lakin Ermənistan Bəyanatın şərtlərinə tam əməl etmir, bu üç rayonun ərazisində müxtəlif miqyaslı əməliyyatlar keçirir, təxribatlar törədirdi. Lakin beynəlxalq ictimaiyyətin, bu baxımdan sənədi imzalanmış üçüncü tərəfin ciddi qınağından çəkinən Ermənistan ordu hissələrini Laçından çıxartsa da xislətindən çəkmirdi. Laçın dekabrın 1-də azad edildi, 2020-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü...
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata məhəl qoymayan Ermənistan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinə Ermənistandan silah-sursat, hərbi təyinatlı məhsullar və s. daşıyırdı. Bu daşınmaları qeyri-qanuni qanunlaşdırmaq üçün Ermənistan aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi yaratmışdı. Bu da Azərbaycanın suveren hüquqlarını tanımama idi. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın Nəzarət-Buraxılış Məntəqəsi” yaradıldı. Bu tədbir həm ermənilərin ehtimal edilən təxribatlarının qarşısını almağa xidmət etdi, həm də Azərbaycanın ərazi bütövlüyününn hüquqi siyasi nəticəsi kimi tarixləşməsi oldu.
Laçında böyük quruculuq işləri davam edir, Laçın da işğaldan azad edilmiş digər ərazilər kimi yenidən qurulur. Burda da bərpa və quruculuq işləri genişlənməkdədir. Laçında 9 su elektrik stansiyası fəaliyyət göstərəcək, Kəlbəcər-Laçın avtomobil yolu tamamlanmaqdadır, yeni yolda 17 tunel yaradılır. Laçında Memorial Park yaradılacaq, bu parkda İşğal və Zəfər muzeyləri də olacaq. Laçında 1600-dən çox yaşayış evi tikilib və bərpa olunub, şəhərdə 626 fərdi ev, çoxmərtəbəli yaşayış binalarının tikintisi davam edir. 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yardıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu, “Laçın Aqro-Sənaye Parkı” yaradıldı…
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası fəaliyyətə başlayıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”...
Laçında aparılan quruculuq işləri onun təbii gözəlliyini daha da artıracaq. Bu gözəl ərazi dünya turizm şəbəkəsinin ən diqqət çəkən məkanlarından biri olacaq. Onda hamımızın sevə-sevə dinlədiyimiz misra daha əzəmətlə səslənəcək:
Laçınım, Laçınım, gözəl Laçınım!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri