Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

525ci qəzet Ad və şad günün mübarək, Laçınım!

525ci qəzet Ad və şad günün mübarək, Laçınım!

525.az saytına istinadən Icma.az xəbər verir.

Nəriman ZEYNALLI
Laçın şəhər sakini

Laçın rayonu respublikamızın ən qədim yaşayış ərazilərindəndir. Bunu ərazidə olan Qafqaz Albaniyası dövrünə aid müxtəlif memarlıq abidələri, kurqanlar və qalalar, qədimi qəbiristanlıqlar, daşdan yonulmuş müxtəlif fiqurlar, məscidlər, məbədlər, tağbənd körpülər bir daha sübut edir. Qədim yaşayış ərazisi olan bu yerlərdə əhali əsasən maldarlıq və əkinçiliklə məşğul olurdu.

Laçın şəhəri 1924-cü ildə təşkil olunub. Rayon mərkəzinin yeri və adını təyin etmək üçün Azərbaycan MİK katibi Tağı Şahbazi Simurqun rəhbərliyi ilə Bakıdan nümayəndə heyəti gəlir. Rayon mərkəzi üçün müxtəlif yerlər təklif olunsa da, nəticədə qədim yaşayış yeri olan Abdallar məsləhət görülür. Rayon mərkəzinin adına isə Tağı Şahbazi Simurqun təklifi ilə Laçın dağının adı verilir. Laçın şəhərində görüləcək işlər əslən şuşalı olan qəza nümayəndəsi Hüsü Hacıyevə həvalə olunur. İlk növbədə uzunluğu 600-700 metr olan bir küçə salınır. Küçə "Kommunist" küçəsi adlandırılır. Rayonun rəhbər, icraedici, inzibati orqanları, poçt, səhiyyə, təhsil, mədəniyyət şöbələri, məktəb, redaksiya, uşaq bağçası, ticarət və iaşə obyektləri bu küçədə cəmlənir. Eyni zamanda 2 mərtəbəli 14 mənzilli ilk yaşayış evi tikilir. 1930-cu ilə artıq Laçın şəhəri inzibati rayon mərkəzi kimi formalaşır. Keçirilən siyahıya alınmaya görə əhalinin sayı təxminən 35 min nəfər olur.

Laçın rayonu orta və yüksək dağlıq zonada yerləşir. Sahəsi 1835 kvadratkilometr olan rayonun ümumi sərhəd xəttinin uzunluğu 316 kvadratkilometr təşkil edib. Rayon ərazisində çoxlu sayda çaylar, bulaqlar, mineral sular, şəlalələr var. Ərazi zəngin flora və faunaya malikdir. Bunları nəzərə alıb, rayonda 1961-ci ildə sahəsi 21,4 ha olan Laçın yasaqlığı yaradılır. 1987-ci ildə "Qara göl" Dövlət Qoruğu yaradılır və yasaqlıq qoruğun tabeliyinə verilir. Rayon ərazisi müxtəlif və məhsuldar torpaq örtüyünə malikdir. Eyni zmanada Laçın rayonu bir çox faydalı qazıntılarla zəngindir.

1992-ci ilədək Laçın respublikanın ən böyük heyvandarlıq rayonlarından biri idi. 40 kolxoz və sovxozda 110 min baş qoyun, 23 min baş qara mal bəslənirdi. Yaylaqların ümumi sahəsi 74 min hektar idi. Respublikanın 10 rayonunun qoyun sürüləri bu yaylaqlara gəlirdi. Yay otlaqları respublika qoyunçuluğunun yem bazasının əsas mənbəyini təşkil edirdi. Rayonda müstəqil arıçılıq sovxozu fəaliyyət göstərirdi. Meşə təsərrüfatında və bir neçə sovxozda yardımçı təsərrüfat kimi arı ailələri saxlanılırdı.

Rayon ərazisinin 20 faizi meşəlikdir. Bu yaşıl örtük 37 min hektardır. Laçın meşə təsərrüfatı 4 meşəçilikdən (Hacısanlı, Piçənis, Qaladərəsi və Alxaslı) ibarətdir. Meşələrdə 250 növdən artıq ağac və kol bitirdi. Respublikamızda ancaq Piçənis meşəçiliyində bitən qırmızı palıd Çar Rusiyası dövründə Avropa ölkələrinə satılırdı. Bir çox Avropa ölkələrinin muzeylərinin qapı və pəncərələri qırmızı palıddan hazırlanmışdır. O dövrdə almanların Şəmkir, Göygöl və Samuxda tikdikləri konyak və şərab zavodlarının çəlləkləri də bu palıddan hazırlanıb. 1984-1985-ci illərdə Prezident Aparatının və DTK-nin binasının tikintisində də qırmızı palıddan istifadə olunub.

Qədim yaşayış məskəni olan Laçında yüzlərlə tarixi abidə var. Ərazidə olan qayaların hərəsi bir təbii tarixi abidədir. Bunlara misal olaraq "Güm Güm" daşını (dünyanın ən böyük bütöv daşı), "Şiş" qayanı, "İlan qayasını", "Qızılı qayanı", "Nərdivan" qayanı, "Hoçaz" qayasını göstərmək olar.

Bu rayondan çoxlu sayda tarixi şəxsiyyətlər, həkimlər, müəllimlər, hərbçilər, şairlər çıxıb: Sarı Aşıq, Seyid Mir Həmzə Nigari, Həmzə Sultan, Sultan və Xosrov bəy qardaşları, Nurməmməd bəy Şahsuvarov, Əvəz Verdiyev, Mürsəl Həsənov, Muradxan Cabbarov, Şərqiyyə Vəliyeva, Şahbaz Muradov və s.

İkinci Dünya müharibəsindən sonra Laçın şəhəri daha da böyüməyə və inkişaf etməyə başlayır. 1960-70-ci illərdə rayon mərkəzində çoxlu sayda inzibati binalar tikilir, məhəllələr küçə adları ilə əvəz olunur, yeni yollar salınır, teleötürücü stansiya, zavodlar, sexlər istifadəyə verilir, orta və internat məktəbi, musiqi məktəbi, pedaqoji texnikum fəaliyyət göstərir.

Laçın rayonunun yüksəliş və inkişaf dövrü Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. 1971-ci ildə H.Əliyev "Dağ rayonlarının iqtisadiyyatını daha da inkişaf etdirmək haqqında" qərar imzalanmışdı. 1974-cü ildə isə Azərbaycan KP MK "Laçın şəhərinin 50 illiyi" haqqında qərar qəbul etmişdi. Həmin günlərdə rayonda böyük bayram tədbirləri keçirilmişdi. Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov tədbirdə iştirak etmişdi. O, rayonda gedən quruculuq işləri ilə yaxından tanış olmuş, Malıbəy kəndində kolxozçular və məktəblilər ilə görüşmüşdü. Heydər Əliyev Laçının inkişafını daim diqqət mərkəzində saxlamışdı. Bu qayğı nəticəsində rayonda çoxlu sayda məktəblər, mədəniyyət evləri, xəstəxanalar tikilir, iaşə müəssisələri, konserv zavodu, ATS istifadəyə verilir, ucqar kəndlərə yeni yollar çəkilirdi.

Laçından respublikanın 10 şəhər və rayonu, rayonun isə 20 böyük kəndinə avtobus maşrutları açılmışdı. Şəhərətrafı kəndlər "Laçınkənd" və "Qarıkaha" kəndləri 1987-ci ildə şəhərə birləşdirildi. Bununla da şəhərin əhalisi 10 min nəfərə çatdı. 1500 metrə qədər yüksəklikdə işləyənlərə əlavə 20, 2000 metrdən yuxarıda işləyənlərə isə 30 faiz əmək haqqı əlavə olundu. Rayon əhalisi dövri mətbuatı helikopter vasitəsi ilə gündəlik ala bilirdilər.

Azərbaycanın və Laçının belə dinamik inkişafını görən mənfur qonşular əsrlər boyu ürəklərində gizli saxladıqları məkrli planlarını üzə çıxartdılar. Arxalı düşmən həmin dövrdə idarəetmə qabiliyyəti olmayan respublika rəhbərlərinin ciddi səhvləri ucbatından 1992-ci ilin may ayının 8-də Şuşanı, ayın 18-də isə Laçını işğal etdi. Nəticədə DQMV Ermənistanla birləşdi. Rayona "Qarabağın qara qapısı", "Laçın koridoru", şəhərə isə "Berdzor" adı verdilər. I Qarabağ müharibəsində Laçın 264 şəhid verdi. İşğal dövründə Laçına 10 milyard ABŞ dolları qədərində ziyan vuruldu.

Belə bir çətin gündə Heydər Əliyev xalqın tələbi və dəvəti ilə Bakıya gəlir və respublikaya rəhbərlik edir. H.Əliyev öz qətiyyətli çıxışları, uzaqgörən siyasəti ilə bizi inandırırdı ki, biz Şuşaya da, Laçına da qayıdacağıq. Ulu öndərin laçınlı məcburi köçkünlərlə görüşü zamanı söylədiyi sözləri ömrümüz boyu xatırlayacağıq: "Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıblar. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın dəyərli güşələrindən biridir".

44 günlük müharibədə qazandığımız qələbə işğal tarixini zəfər müjdəli azadlıq günləri ilə əvəz etdi. Laçının Güləbird, Səfiyan və Türklər kəndlərini də Azərbaycan Silahlı Qüvvələri işğaldan azad etdilər. Biz bir güllə belə atmadan ordumuz Laçın rayonunu düşməndən geri aldı. Qalib sərkərdə cənab Prezident İ.Əliyev həm Ulu öndərə verdiyi sözlərə sahib oldu, sadiq çıxdı, həm də biz məcburi köçkünlərə verdiyi sözə əməl etdi.

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz də doğma torpaqlarımıza qayıdır, məskunlaşır və qurub yaradırıq.

Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin qəhrəmanlığı nəticəsində biz bu gün "Qara göl"də, "Həmzə Sultan" sarayında, "Qırxqız" yaylağında sərbəst gəzir, buz bulaqlardan su içir, təmiz dağ havasını uduruq.

10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyannaməyə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gündən müxtəlif qəzetlərdə nəşr olunan məqalə və televiziya kanallarına verdiyim müsahibələrdə həmişə demişəm: "Bu gündən biz laçınlıların bir doğum tarixi var - 1 dekabr 2020-ci il".

Artıq Laçında Azərbaycanın bayrağı dalğalanır. Laçın şəhərində, Zabux və Susda həyat yenidən canlanır. Qələbədən sonra Böyük Qayıdışın ünvanlarından biri də Laçın oldu. Laçına həyat yenidən qayıtdı. İşıq, qaz, su xətləri çəkilir, asfalt yollar salınır, yeni evlər və ticarət obyektləri tikilir. Əhalinin rahat yaşaması üçün infrastruktur yaradılır. Məskunlaşan ailələr münasib işlərlə təmin olunurlar. Artıq Laçın özünün sevincli günlərini yaşayır.

2023-cü ilin aprel ayında Laçında olarkən şəhəri tanımadım. Sovetlər Birliyində, 80-ci illərdə əsrin ən nəhəng tikintisi sayılan BAM yadıma düşdü. Böyük bir imperiyanın illər ərzində gördüyü işləri Bakı Abadlıq təşkilatı bir ilə yaxın bir müddətdə görmüşdür. Aylar ötdükcə Laçın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Bakıdan 420 km olan bu məsafəni 5-6 saata getmək olur. Güləbird kəndindən şəhərə qədər olan yolda körpülər tikilir, asfalt salınır, suötürücü kanallar və tunellər salınır. Yollar bəzən adamı yorur. Amma şəhər bulvarından mərkəzə doğru qalxdıqca sağ və soldakı mənzərələr bu yorğunluğu tamamən unutdurur. Görülən işləri saymaqla qurtarmaz. Həkərinin sağ və sol sahilində bulvar, restoranlar, kottejlər, keramika sexi, məscid, bulaq, seyrangah, "Kapital bank", ticarət cərgəsi, aptek, 1000 cür xırdavat, meyvə-tərəvəz mağazası, gözəllik salonu, məktəb, kino-teatr, kitabxana, Bayraq meydanı, "Rahat", "Araz", "Oba" mağazaları, iki yanacaqdoldurma məntəqəsi, "Hoçazfilm" kinostudiyası, Agro və Sənayə parkı və sairə şəhərdə əhalinin yaşayışı üçün zəruri olan hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu sərəncama əsasən 26 avqust Laçın şəhəri günüdür. Artıq iki ildir ki, həmin gün təntənəli şəkildə qeyd olunur.

Bütün bu görülən işlərdə Laçın rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi M.Məmmədovun, Bakı Abadlıq xidmətinin direktoru B.Qasımovun xidmətləri böyük, əməkləri danılmazdır. Bərpa və quruculuq işlərində yerli mütəxəssislərin məsləhətlərinə üstünlük verilir.

Cənab Prezident İlham Əliyevin Laçın rayonuna hər bir səfəri Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlardır.

Füsünkar gözəlliyini özünə qaytaran, qonaqpərvərliyi ilə həmişə seçilən Laçın keçmişdə olduğu kimi, indi də çoxlu sayda qonaqlara qucaq açır və böyük tədbirlərə yenidən ev sahibliyi edir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin Mədəniyyət Mərkəzi elan edilib.

2025-ci ildə doğma Laçın şəhərini çoxlu sayda tədbirlər gözləyir. Minlərlə sakin həmin ildə öz yurd-yuvalarına qayıdacaqlar. Bütün bunlar Laçının ad gününə, 100 illik yubileyinə və eyni zamanda şad gününə-işğaldan azad olunma gününə böyük töhfə və hədiyyə olacaqdır. Laçınlılar bu xoşbəxtlikləri onlara yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ömürləri boyu minnətdardırlar.

Ad və şad günlərin mübarək olsun, Laçınım!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri