Icma.az
close
up
RU
Laçının səsi dünyaya çatdı Qardaşlıq, liderlik, sülh

Laçının səsi dünyaya çatdı Qardaşlıq, liderlik, sülh

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


2025-ci il mayın 28-i Azərbaycan üçün təkcə Müstəqillik Günü kimi deyil, həm də beynəlxalq səviyyədə strateji güc nümayişinin bariz nümunəsi kimi yadda qaldı. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin baş tutan Zirvə görüşü regional diplomatiyanın yeni mərhələsinə keçid olmaqla yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlıq siyasətində mühüm bir dönüş nöqtəsi oldu. Zirvənin məhz işğaldan azad edilmiş Laçında keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasının açıq ifadəsidir. imaiyyət tərəfindən qəbulunun, postmünaqişə dövrünün yeni reallıqlarının təsdiqi kimi qiymətləndirilməlidir.

Bu görüş, Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada strateji aktora çevrildiyini sübut edir. Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Bakupost.az -a açıqlamasında bildirib ki, bu görüş, həm də postmüharibə reallıqlarının dəyişməzliyinə dair beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj idi:


“Xüsusilə Azərbaycanın Müstəqillik Günündə, strateji əhəmiyyətli Laçında belə bir Zirvə görüşünün baş tutması həm dostlara, həm də düşmənlərə çox önəmli mesaj idi. Ən çox diqqətimi çəkən, əlbəttə ki, Pakistan Baş naziri Şahbaz Şərifin açıqlamaları idi. Baş nazir çıxışında Azərbaycanın sadəcə bu bölgədə yox, coğrafiyada söz sahibi olması, prezident İlham Əliyevin önəmli siyasi lider olması ilə bağlı fikirlər səsləndirdi. O, Pakistanın ağır günlərində - Kəşmir məsələsində Türkiyə və Azərbaycanın Pakistanla həmrəy olmasını yüksək qiymətləndirdi və bildirdi ki, Pakistan xalqı bunu heç vaxt unutmayacaq. Bizim qarşı olduğumuzu, hər zaman bir-birimizin yanında olmağımızı, xarici siyasətdə təhdidlərə qarşı birlikdə hərəkət etdiyimizi göstərən mesajlar var idi. Bu, bölgəmizdə Azərbaycanın mövqeyinin hansı səviyyədə olmasını, necə bir dəyərli dövlətə çevrilməsini göstərən amil idi.”

Bu cür görüşlər onu göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bölgədə təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasında əsas rol oynayır. Bu baxımdan Asim Mollazadə Laçın Zirvəsinin mahiyyətini belə şərh edir:


“Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin Laçına səfəri diqqət mərkəzindədir. Bu səfər regional həmrəyliyin və strateji əməkdaşlığın simvoludur. Həmçinin, Laçının dirçəliş prosesinə beynəlxalq diqqətin artması baxımından mühüm mesaj daşıyır.

Azərbaycan və Türkiyə birdir. Bu dünya üçün çox mühüm bir mesajdır. Birgə inşaat işləri görülür. Azərbaycan və Türkiyə yaradıcı birlik kimi bütün türk dünyasını birləşdirməyə hazırdır və dünyaya sülh, əmin-amanlıq və əməkdaşlıq təklifi ilə müraciət edir. Biz enerji və nəqliyyat sistemlərini formalaşdıraraq dünyanı, qitələri birləşdirməyə qadirik. Biz əməkdaşlıq, sabitlik, sülh yolu ilə inkişafa nail olmağa çalışırıq. Pakistan da bizə dost, qardaş ölkədir.

Mənə elə gəlir ki, üç liderin Laçına səfəri ilə türk və islam dünyasının birliyini, böyük bir potensialı göstərməklə dünyaya mesaj verilir ki, biz hər kəsi əməkdaşlığa dəvət edirik və bildiririk ki, məqsədimiz sülh və əməkdaşlıqdır.”

Bütün bu fikirlər, eyni zamanda, Azərbaycanın yeni geosiyasi reallıqlara uyğunlaşaraq, regionda sülh və sabitliyi təmin etmək, dünya birliyi ilə fəal əməkdaşlıq etmək niyyətini göstərir. Millət vəkili Elnarə Akimova bildirib ki, Laçın Zirvəsi bu strategiyanın bariz göstəricisidir:


“Laçın şəhərində baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü yalnız diplomatik bir hadisə deyil, regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanıdır. Zirvə görüşünün məkan olaraq məhz Laçında — işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsidir. Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın, bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir. Nəticə etibarilə Laçın Zirvə görüşü, Azərbaycanın diplomatik manevr qabiliyyətinin, regional təşəbbüskarlığının və strateji müttəfiqlik imkanlarının real nəticəsidir. Bu görüş təkcə bir siyasi tədbir deyil, həm də yeni dövrün, yeni siyasi düzənin bələdçisi kimi tarixə düşəcək. Azərbaycan artıq Cənubi Qafqazın iştirakçısı deyil — aparıcı, lider ölkəsidir. Və bu liderliyin tarixi artıq Bakıda, Ankarada və İslamabadda yazılır.”

Laçın Zirvə görüşü ilə Azərbaycan həm öz suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqlədi, həm də dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməl yaratdı. Bu, yalnız Cənubi Qafqazın deyil, bütün türk və islam dünyasının gələcək birliyinin, inteqrasiyasının simvoludur.

Azərbaycan dövlətinin regional və beynəlxalq siyasətdə artan rolu, diplomatik imkanlarının genişlənməsi və strateji müttəfiqliklərinin möhkəmlənməsi, ölkənin dünya birliyinə inteqrasiyasında xüsusi bir mərhələdir. Laçın Zirvəsi həm də Azərbaycanın xarici siyasətinin davamlı uğurudur.

Aysel,

BakuPost



QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;" mövzusunda hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri