Icma.az
close
up
RU
Dünyaya qardaşlıq nümunəsi

Dünyaya qardaşlıq nümunəsi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Türkiyə arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Qardaş ölkələr olan Azərbaycan və Türkiyə regional və beynəlxalq siyasətlərini məharətlə əlaqələndirərək koordinasiyalı fəaliyyətlər həyata keçirirlər. Beləliklə də, dünyadakı mürəkkəb reallıqlar fonunda Azərbaycanın həyata keçirdiyi siyasətdə qardaş ölkənin, Türkiyənin apardığı siyasətdə isə respublikamızın maraqları mütləq qaydada nəzərə alınır.

Bu günlərdə Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional təhlükəsizlik departamentinin direktoru Azər Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz üzrə idarəsinin rəhbəri Mehmet Samsar arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov da iştirak edib.

İkitərəfli siyasi əlaqələrin vəziyyəti və perspektivləri

Azərbaycanla Türkiyə arasındakı sarsılmaz qardaşlıqdan bəhs edərkən iki mühüm məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Birinci məqam cəmiyyətlərin istəyi ilə bağlıdır. Dünyada bir sıra dövlətlər arasında qurulan münasibətlər məcburi səciyyə daşıyır. Onlar hansısa zərurətdən çıxış etməklə əlaqələr qururlar. Azərbaycan və Türkiyənin qardaşlıq nümunəsi isə tarixi bağlara, ortaq dəyərlərə, ənənələrə söykənir. Azərbaycan və Türkiyə kökləri çox dərinə işləmiş əzəmətli bir ağacın iki budağıdır. Əlamətdar haldır ki, nəsillər dəyişsə də, qardaşlıq münasibətlərinin məzmunu dəyişmir, yetişən hər nəsil əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verməyə çalışır.

Eyni zamanda, cəmiyyətlərin, iki xalqın istəyinə adekvat olaraq dövlətlərimizin, şəxsən Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi qətiyyətləri Azərbaycan-Türkiyə dostluğuna son dərəcə güclü impuls verir. Bir-birinə “əziz qardaşım” deyə xitab edən iki güclü lider arasında siyasi dialoq  yüksək dinamizmi ilə fərqlənir. Ötən dövrdə gözəl bir ənənə formalaşıb: Azərbaycan Prezidenti İlham Əliyev xalqın yüksək etimadını qazanaraq hər dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə reallaşdırır və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür. Eyni jest həmçinin Rəcəb Tayyib Ərdoğan tərəfindən edilir. Deyə bilərik ki, prezidentlər səviyyəsində başlanan bu gözəl ənənə digər dövlət qurumlarının rəsmilərinə də sirayət edib. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə respublikamızda həmişə əziz qonaq kimi gözlənilir və onlara böyük hörmət, ehtiram göstərilir. Bu kimi faktlar Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının nə qədər səmimi olduğunu əyani şəkildə təsdiqləyir.

Çətin günlərin dostları

Əsl dost çətin gündə tanınar, deyiblər. Azərbaycanla Türkiyənin dostluğu da çətin sınaqlarda möhkəmlənib . İki xalq həmişə sevinclərini bölüşdükləri kimi, çətin məqamlarda da bir-birinin yanında olublar. Prezident İlham Əliyev qardaş ölkədə iki il bundan əvvəl baş vermiş dağıdıcı zəlzələnin növbəti ildönümü ilə əlaqədar Türkiyənin dövlət başçısına ünvanladığı məktubunda bu amilə xüsusi diqqət çəkərək vurğulayıb.  “Bir millət, iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.

Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Azərbaycan və Türkiyənin sarsılmaz dostluğunun çətin sınaqlardan çıxdığına aid çoxlu nümunələr sadalamaq mümkündür. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. İki il bundan əvvəl  fevralın 6-da qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan və fəlakət bölgəsini son tərk edən ölkə olub. Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Layihə 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Burada 71 yaşayış binasını inşası layihələndirilib.

Müxtəlif istiqamətləri əhatə edən iqtisadi əməkdaşlıq

Azərbaycanla Türkiyə arasında getdikcə genişlənən iqtisadi əlaqələr çoxvektorlu olması ilə səciyyələnir. Ölkələrimiz arasında müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın artan səviyyəsi məmnunluq doğurur.

Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. İndiyədək Azərbaycan  və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir.  Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Əlamətdar haldır ki, hazırda Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. 2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Azərbaycan və Türkiyə həmçinin tərəfdaş ölkələrlə birlikdə nəhəng Cənub Qaz Dəhlizi layihəsini uğurla reallaşdırmağa nail olublar. 2021-ci ilin əvvəlindən başlayaraq Xəzərin Azərbaycan sektorundan çıxardılan “mavi yanacaq” bu kəmərlə Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılır.

Nəqliyyat sektoru ikitərəfli iqtisadi əməkdaşlığın digər bir prioritet istiqamətidir. Bakı-Tbilisi-Qars dəmiryolu bu gün Avropa ilə Asiyanı birləşdirən çox mühüm nəqliyyat arteriyası qismində çıxış edir. Bu yeni marşrutla tranzit daşımaları getdikcə artır. Azərbaycan və Türkiyə həmçinin Orta Dəhlizə münasibətdə ortaq maraqlardan çıxış edirlər. Hər iki ölkə Transxəzər marşrutunun mühüm bir qolu olacaq Zəngəzur dəhlizinin açılmasına güclü siyasi iradə göstərir.

İnvestisiya qoyuluşundakı yüksək dinamika da məmnunluq doğurur. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir.

Azərbaycan və Türkiyə yaxın perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollar səviyyəsinə çatdırmaqla bağlı hədəf müəyyənləşdiriblər. Artım dinamikası təsdiqləyir ki, bu hədəf tam realdır. Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib. Verilən məlumata görə, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdə qərarlaşıb.

Şuşa Bəyannaməsi ilə rəsmən təsdiqlənən müttəfiqlik

İki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında 2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see202

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see196

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see176

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see165

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see152

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see139

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see133

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see124

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see121

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see121

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see121

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri