Landau School dan şikayət: Ödənişlər geri qaytarılmır?
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Valideynlər tərəfindən "Landau School"un Nərimanov rayonu, "City Garden" ərazisində yerləşən filialı ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçi valideynlər məktəbdə tədris şəraiti, yeməklərin keyfiyyəti və ödənişlərin geri qaytarılmaması ilə bağlı narazılıqlarını bildiriblər.
Valideynlərdən birinin sözlərinə görə, məktəb yeni korpusun tikintisini əsas gətirərək ödənişləri artırıb. Həmçinin dərs ili müddətində yemək üçün əlavə 1000 manat ödəniş tələb olunub. Lakin şikayətçi iddia edir ki, məktəbdə təmir işləri başa çatdırılmayıb.
Onun bildirdiyinə görə, dərslər sentyabrın 28-də başlayıb, amma iki həftəlik ödənişin geri qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalıb.
Valideynlər yeməklərin keyfiyyətindən və miqdarından da narazıdırlar. Şikayətçinin iddiasına əsasən, bəzi şagirdlər təqdim olunan yeməklərin qoxusundan şikayət edir və bu səbəbdən ac qalırlar.
Valideyn bildirib ki, məktəb rəhbərliyi ilə məsələni müzakirə etməyə çalışsalar da, konkret nəticə əldə edə bilməyiblər. Onun sözlərinə görə, rəhbərlik valideynlərə məktəbə gəlib şəraitlə tanış ola biləcəklərini desə də, məktəbə gedərkən onların içəri daxil olmasına icazə verilmir.
Şikayətçi əlavə edib ki, yeməklə bağlı narazılıqlara görə ödənişin geri qaytarılmasını və uşaqların yeməklə özləri tərəfindən təmin olunmasını istəyiblər. Lakin ödəniş geri qaytarılmayıb.
Valideynlər məktəbin idman zalının da hələ hazır olmadığını, bununla bağlı məsuliyyətin tikinti işlərinə yönəldildiyini iddia edirlər.
Şikayətçinin sözlərinə görə, valideynlər hər gün qaynar xəttə müraciət etsələr də, məsələlərin həlli ilə bağlı konkret addım atılmır və məsuliyyət müxtəlif tərəflərin üzərinə yönəldilir.
Qeyd edək ki, məsələ ilə bağlı “Landau School”un mövqeyini öyrənmək istəsək də, məktəb tərəfindən sorğumuza cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 09 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















