By Məhsəti salonundan ŞİKAYƏT Müştərinin pulu niyə geri qaytarılmır?
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“2025-ci ilin oktyabrın 22-sində paytaxtın Şamil Əzizbəyli, 104, ünvanında yerləşən "Jalə plaza" Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən "By Məhsəti" qadın salonunda aparılan bədənşəkilləndirmə prosedurları üçün müraciət etdim. Bu salon haqqında geniş reklam olunan instaqram səhifəsi vasitəsi ilə tanış olmuşdum. Endirimli qiymətə yaxşı nəticə əldə olunacağını vəd edirdilər. Müraciət zamanı müayinəni aparan Məhsəti xanım, nəzərdə tutduğumdan daha üstün xidmət paketindən faydalanmağı məsləhət gördü, orada prosedurların sayı daha çox idi, bu da 200 manat təşkil edəcəkdi. Mən razılaşdım”.
Bunu Bizim.Media-ya müraciət edən paytaxt sakini Nigar Güləhmədova deyib.
O bildirib ki, ona qeydiyyat və prodsedurun yalnız ödəniş edildikdən bir gün sonra olacağı deyilub:
“Üstümdə nağd pul olmadığı üçün evə gedib kart vasitəsi ilə 100 manat avans göndərdim və oturub növbəmi gözlədim. Lakin bir neçə gün zəng gəlmədiyi üçün fikrimdən daşındım.
Fikirləşdim ki, ucuz qiymətə edilən işin keyfiyyəti də aşağı ola bilər. Normalda bu cür prodsedurlar 500-700 manata keçilir. Bunlar isə məndən cəmi 200 manat istəyirlər. Ona görə də Məhsəti xanıma zəng edib prosedurdan imtina etdiyimi və pulumu geri istədiyimi söylədim. Amma xanım mənə dedi ki, məbləğin qaytarılması üçün müdirlə əlaqə saxlayıb geri dönüş edəcək. Neçə gün gözləsəm də, qarşı tərəfdən xəbər çıxmadı. Artıq 3 aydan çoxdur ki, nə zəngimə cavab verilir, nə də pulumu geri qaytarırlar”.
Məsələ ilə bağlı adı çəkilən"By Məhsəti" salonu ilə əlaqə saxladıq. Salondan Bizim.Media-ya bildirildi ki, onlar pulu geri qaytarmaq istəyir:
“Lakin Nigar xanım telefona cavab vermir. O xanımın dərdi puldursa, mənə kiminsə pulu lazım deyil. Gəlib götürsün”.
Daha sonra şikayətçi ilə əlaqə saxladıq. Nigar Güləhmədova bildirdi ki, salon onun telefon nömrəsini blok edib:
“Ona görə də onlarla heç cür əlaqə saxlaya bilmirəm. Pulun qaytarılması ilə bağlı da mənə heç nə deyilməyib. Onu da əlavə edim ki, mənim rəfiqəmi də o salon incik salıb. Görülən işin keyfiyyəti aşağı olduğu üçün 1-2 prodsedurdan sonra salona getməkdən imtina edib. Rəfiqəm indi pulun müəyyən qismini geri istəsə də onu da incidiblər. Hələ də pulunu ala bilmir”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















