Lapid: Netanyahu İsraili daxildən parçalayır
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin keçmiş baş naziri və “Gələcək Var” partiyasının lideri Yair Lapid Baş nazir Benyamin Netanyahunun İrana qarşı qələbə qazanmaq gücündə olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, Lapid mətbuata açıqlamasında Netanyahunun Yaxın Şərqdə real dəyişiklik yaratmaqda uğursuz olduğunu deyib. Onun sözlərinə görə, Netanyahu “strateji qətiyyət nümayiş etdirmək mövqeyində deyil” və İranla qarşıdurmanı effektiv şəkildə idarə edə bilmir.
Lapid əlavə edib ki, Netanyahu “qələbə qazanmaqdan uzaqdır və İsraili daxildən parçalayır”.
O, həmçinin hökuməti ordu əsgər çatışmazlığı yaşadığı bir vaxtda yeşiva tələbələrinin hərbi xidmətdən azad olunmasına çalışmaqda və ultra-ortodoks yəhudilərin təhsilini maliyyələşdirmək üçün dövlət vəsaitlərindən istifadə etməkdə ittiham edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 Aprel 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















