Icma.az
close
up
RU
NETANYAHU İSRAİLİ BİTİRİR

NETANYAHU İSRAİLİ BİTİRİR

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Namiq Bilal

Bu gün Böyük Orta Doğunu qarışdıran güc İsrail dövlətidir. Hərbi işğallar yolu ilə genişlənməyə çalışır. Aydın məsələdir ki, istənilən dövlət planladığı hərbi həmlələri özünün real hərbi gücü ilə uzlaşdırmalıdır. İsrail bu qaydanı pozur. Gücü yoxdur, amma genişlənmək iddiasından geri addım atmır. Bu uyğunsuzluq yəhudi dövlətini ağılagəlməz təhlükələrlə üz-üzə qoyur.

Hazırkı etapda qarşısında dikilən güc Türkiyə Cümhuriyyəti, əsas qarşıdurma bölgəsi isə Suriyadır. Görünən odur ki, rəsmi Tel-Əviv Türkiyə ilə qarşıdurmanı da gözə almış durumdadır.

İsrail ordusunun Türk ordusuna qarşı tabgətirmə şansı sıfırın altındadır. “Həmas”ı bitirə bilməyən və Livana girmək üçün “Hizbullah”ı belə aşa bilməyən ordu bu qarşıdurmadan salamat qurtulmaz. Lakin Benyamin Netanyahu və indiki İsrail hökuməti Türkiyə ilə mümkün toqquşma ssenarilərini ciddi-ciddi araşdırır. Səbəblərini anlamağa çalışaq.


Yəhudilərin böyük kəsiminin qəbul etdiyi sionizm ideologiyasının ana xətti vəd olunmuş torpaqlarda Böyük İsrail dövlətinin yaradılmasıdır. Bu ideologiya əsrlərdir beyinlərə hopub. İndiki etapda İsrailin genişlənməsinin əsas istiqaməti Suriya əraziləridir. Genişlənmənin reallaşması üçün Suriyada güclü mərkəzləşmiş dövlət yaradılmasının qarşısı alınmalı, ölkə daxili çəkişmələrdə boğulmalı və İsrail dilim-dilim Suriya torpaqlarını ilhaq etməlidir. Türkiyənin Suriyanı nəzarətə götürdüyü günə qədər ssenari bu istiqamətdə sərin-sərin işləyirdi. Türkiyə gəldi və vəziyyət kökündən dəyişdi.

Genişlənməni davam etdirmək üçün İsrail çox təhlükəli həmlələr edərək Türkiyənin müqavimətini qırmalıdır. Belə böyük təhlükəyə rəğmən genişlənmə ideyasından əl çəkilməməsinin əsas səbəbi sionizm ideologiyasının yəhudi toplumunda dərinə işləməsidir. İnsanlar əsrlərlə yaşatdıqları böyük arzudan asanlıqla əl çəkə bilmir, Netanyahu hakimiyyəti isə bu faktordan ustalıqla yararlanır.

İsrailin təhlükəli hərbi həmlələri davam etdirməsinin ikinci səbəbi Netanyahunun şəxsi aqibəti ilə bağlıdır. Yəhudi Baş nazirə qarşı ciddi korrupsiya ittihamları var və o, məhkəmə qarşısındadır. Məhz aqressiv hərbi həmlələri səbəbi ilə məhkəmə prosesi neçənci dəfədir ki, təxirə salınır. Qısası, Netanyahu qarşısında iki yol var: ya aqressiv hərbi həmlələr və bitib-tükənməyən müharibələr, ya da müttəhim kürsüsü.

Netanyahunun yürütdüyü siyasətin İsrail dövləti üçün nə qədər təhlükəli olduğunu müttəfiqləri də dilə gətirir. D. Tramp ondan yardım istəyən Netanyahuya “Türkiyə ilə özünü ağıllı apar” xəbərdarlığını etmişdi.

ABŞ-nin keçmiş Suriya təmsilçisi Ceyms Cefrinin dediklərinə baxaq: “İsrail Suriyada nə etdiyini bilmir. Anlamırlar ki, Suriyada iç savaşın olması İsrail üçün çox böyük təhlükədir”.

İsrail müxalifətinin lideri Yair Lapid isə İsraildəki iç qarışıqlıqdan əndişəsini dilə gətirib: “Dəqiq kəşfiyyat məlumatlarına istinadla deyirəm: Bu iqtidar davam edəcəksə, yaxın gələcəkdə israillilər bir-birini öldürməyə başlayacaqlar”.

Siyasi öncəgörmələri ilə məşhur olan “Simpsonlar ailəsi” cizgi filmi də yəhudi dövlətini gözləyən təhlükələr və İsrail-Türkiyə qarşıdurması ilə bağlı bölüm çəkib. Bölümdə göstərilir ki, İsrailin qətliamlarına etiraz edən yüz milyonlarla insan yəhudi dövlətinə tərəf yürüş edir, İsraili mühasirəyə alır. Türkiyə ilə bağlı isə deyilir ki, Türkiyə özünün gizli silahı ilə İsraili məhv edəcək. 

Bu cizgi filmi əlbəttə ki, hansısa fala baxanların və ya ekstrasenslərin dəstəyi ilə çəkilmir. Açıq qaynaqlardakı məlumatlara görə, filmlərin ssenarisini yazanlar real, lakin ictimaiyyətə açıqlanmayan məlumatlar və analizlərə istinad edirlər. Etiraf edək ki, “Simpsonlar ailəsinin” çox sayda “öncəgörmələri” üstündən aylar və hətta illər keçdikdən sonra təsdiqini tapır.

Maraqlıdır, müvafiq bölümün nümayişindən xeyli sonra Türkiyə İDEF-26 sərgisində indiyə qədər gizli yürütdüyü xeyli sayda projesini açıqladı. Türkiyənin 90 metr yerin dərinliyinə işləyən yeni, çox güclü bombası da açıqlandı. Mütəxəssislərin söyləmələrinə görə, belə bomba hər hansı nüvə obyektinə və ya atom elektrik stansiyasına atılarsa, çox geniş ərazi insan yaşaması üçün yararsız hala düşər.

İsrailə qarşı böyük yürüşün də ilkin siqnalları verildi. Suriyadakı druzlara qarşı on minlərlə bədəvi ərəbin silahlı yürüməsi yəhudi dövləti üçün “soyuq duş” effekti yaratdı. Artıq Suriyanın, İordaniyanın, Səudiyyə Ərəbistanının, Misirin böyük ərəb aşirətləri içərisində İsrailə yürüş çağırışları səslənir. Suriya bədəvilərinin yürüşü qarşısında İsrailin geri çəkilməsi digər böyük aşirətləri də həvəsləndirmiş kimi görünür.

Yəhudi əsilli ekspertlərin də əksəriyyəti etiraf edir ki, İsrail dövləti böyük təhlükə ilə üz-üzədir. Əsas müttəfiqi olan ABŞ və digər Qərb dövlətləri də yardıma tələsmirlər. İyirminci əsr dəngələri dağılıb, yeni əsrin reallıqlarında isə İsrailin və Qərbin maraqları haçalanıb. Avropanın aparıcı dövlətləri Fələstin dövlətini tanımaq qərarları verir, İsraili iki dövlətli çözümə məcbur etmə yöntəmi sərgiləyirlər. Sionizm ideologiyası və Netanyahu hakimiyyəti isə bu çağırışları qulaqardına vurur.

Belə davam edəcəksə, çox sayda qərbli ekspertin də iddia etdiyi kimi, reallıqla uzlaşmayan sionizm ideologiyası və Netanyahunun şəxsi ambisiyaları İsrail dövlətini xəritədən silinmə təhlükəsi ilə qarşı-qarşıya qoyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri