Icma.az
close
up
RU
Real El Klassiko ya çıxmaqdan imtina edir final matçı öncəsi qalmaqal

Real El Klassiko ya çıxmaqdan imtina edir final matçı öncəsi qalmaqal

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sevilyada sabah baş tutmalı olan İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşması gözlənilən “Real” oyunda iştirak etməyə bilər.

Sportal.az xəbər verir ki, İspaniyanın məşhur idman proqramı "El Chiringuito"nun məlumatına görə, “Real” klubunun hüquqşünasları hazırda matçın hakim heyətindən rəsmi üzr tələb edən bəyanat üzərində işləyirlər. Madrid klubunun rəhbərliyi qarşıdakı saatlarda oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərar verəcək. Klub daxilində yaranmış vəziyyət gərgin hesab olunur.

Klub prezidenti Florentino Peres baş verənlərdən dərin narahatlıq keçirdiyini bildirib. O, final matçı öncəsi hakimlər tərəfindən səsləndirilmiş bəyanatlara görə təəccüb və narazılıq ifadə edib.

Xatırladaq ki, hakimlərin emosional çıxışı qalmaqala səbəb olub

Final oyununun baş hakimi təyin edilmiş Rikardo de Burqos Benqoetxea mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib. O, klub televiziyası “Real TV”nin tənqidlərinə toxunaraq deyib:

“Uşağım evə ağlayaraq gəldi. Məktəbdə ona dedilər ki, atası oğrudur. Bu, insan üçün çox ağır hissdir.”

VAR sistemi üzrə təyin olunmuş hakim Pablo Qonsales Fuertes isə klub televiziyasında yayımlanan materiala görə “ciddi nəticələr” olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “Real Madrid TV” daha əvvəl yayımladığı videoda de Burqosun “Real”ın əvvəlki oyunlarında yol verdiyi hakim səhvlərini qabardıb və onun finala təyin edilməsini ədalətsiz hesab edib.

Hazırda finalın təyin olunmuş vaxtda keçirilməsi planlaşdırılır. Lakin “Real”ın bu gərginlik fonunda oyuna çıxmaqdan imtina etməsi ehtimalı gündəmdədir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Aprel 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri