Icma.az
close
up
RU
Laqeydlik bağları zəiflədir: Evliliyi gücləndirən gündəlik 5 vərdiş

Laqeydlik bağları zəiflədir: Evliliyi gücləndirən gündəlik 5 vərdiş

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güclü bir münasibətin açarı böyük jestlərdə deyil; gündəlik diqqət, anlayış və kiçik toxunuşlardadır.

Müasir həyat tempi münasibətlər üzərində heç vaxt olmadığı qədər təzyiq yaradır. Davamlı çalan telefonlar, ardı-arası kəsilməyən bildirişlər və günün hər anında "əlçatan" olmaq məcburiyyəti cütlüklərin bir-birindən uzaqlaşmasına səbəb olur. Mütəxəssislərə görə sevgi, çox vaxt böyük böhranlarla yox, diqqətdən kənarda qalan kiçik anlarla yavaş-yavaş yox olur.


Yaxşı xəbər isə budur: Evlilikləri və uzunmüddətli münasibətləri qorumaq üçün böyük jestlərə ehtiyac yoxdur. Hər gün edilən kiçik və mənalı toxunuşlar, emosional bağları gücləndirməyin ən təsirli yoludur. 


Sherg.az münasibətlərə müsbət təsir göstərən beş sadə gündəlik vərdişləri təqdim edir:


1. Sadə bir qucaqlaşma

Günün stresindən asılı olmayaraq, axşamlar edilən qısa bir qucaqlaşma, partnyorunuza “Artıq evdəsən və təhlükəsizsən” mesajını verir. Zamanla bu sadə fiziki təmas cütlüklər arasında daha dərin bir bağ yaradır.


2. Günün sonunda 10 dəqiqəlik söhbət

Axşam yeməyindən sonra diqqəti yayındıran şeyləri kənara qoyaraq on dəqiqəlik səmimi söhbət, inamı və yaxınlığı artırır. Gün ərzində baş verənləri paylaşmaq, qarşılıqlı anlayışı dərinləşdirir.


3. “Günün necə keçdi?” sualı

Partnyorunuza günü haqqında sual vermək sadəcə söhbətə başlamaq deyil, onun həyatına həqiqətən maraq göstərdiyinizi sübut edir. Bu vərdiş cütlüklərin bir-birini dəstəkləmə bacarığını da artırır. 


4. Özünü dəyərli hiss etdirmək

Səhərin erkən saatlarında səmimi bir "sabahın xeyir” və ya gedərkən deyilən isti bir "sağ ol” kimi sadə cümlələr gündəlik rutində fərq yaradır. Bu şüurlu ifadələr qarşılıqlı diqqəti və hörməti möhkəmləndirir.


5. Günü müsbət bir xatirə ilə tamamlayın

Yatmazdan əvvəl gün ərzində yaşanmış xoş bir xatirəni paylaşmaq, günü birlikdə yaxşı bir notla başa vurmağa şərait yaradır. Bu vərdiş münasibətdə emosional bağların canlı qalmasının asan, lakin təsirli yollarından biridir.


Mütəxəssislər münasibətlərdə fərqliliyin artırılmasının vacibliyini vurğulayırlar. Sevgi zamanla gündəlik vərdişə çevrilsə də, kiçik addımlar böyük dəyişikliklər yaradır. Qısaca desək, güclü bir münasibətin açarı böyük jestlərdə deyil; gündəlik diqqət, anlayış və kiçik toxunuşlardadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri