Icma.az
close
up
RU
Latın Amerikasında yoxsulluq səviyyəsi aşağı düşür AZƏRTAC

Latın Amerikasında yoxsulluq səviyyəsi aşağı düşür AZƏRTAC

Bakı, 18 noyabr, AZƏRTAC

2024-cü ildə Latın Amerikasında yoxsulluq səviyyəsi tarixi minimuma enib.

AZƏRTAC “Le Matin” saytına istinadla xəbər verir ki, bu barədə Latın Amerikası və Karib Regionu İqtisadi Komissiyasının hesabatında deyilir.

Komissiyanın məlumatına görə Latın Amerikası əhalisinin 26,8 faizi, yaxud 170 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu da, 2023-cü illə müqayisədə 0,5 faiz azalma deməkdir. Sözügedən kateqoriyadan olan insanların gəlirləri onların fundamental ehtiyaclarını ödəməyə kifayət etmir.

Hesabat müəlliflərinə görə, Latın Amerikası yoxsulluğun azaldılması istiqamətində çox ciddi irəliləyiş əldə edib. 1990-cı ildə göstərici 51,1 faiz olub.

Hesabata görə, regionda yoxsulluğun aradan qaldırılmasına zəif iqtisadi artım mane olur.

seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri