Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Latviya liderinin səfəri yeni mərhələnin başlanğıcıdır Deputat

Latviya liderinin səfəri yeni mərhələnin başlanğıcıdır Deputat

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki dövlət arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız diplomatik təmasların davamı deyil, eyni zamanda əməkdaşlığın daha dərin və çoxşaxəli xarakter almasına xidmət edən mühüm siyasi hadisə kimi dəyərləndirilir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, ikitərəfli münasibətlərin əsasında dayanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu gün də əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm sənəd olaraq qalır.

"Bu hüquqi baza sayəsində tərəflər müxtəlif sahələrdə əlaqələri sistemli şəkildə inkişaf etdirərək qarşılıqlı etimad mühitini möhkəmləndiriblər. Görüş zamanı aparılan müzakirələr bir daha göstərdi ki, mövcud əməkdaşlıq yalnız formal xarakter daşımır, eyni zamanda konkret nəticələrə yönəlmiş praktik məzmun kəsb edir. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli gündəliklə yanaşı, beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Bu isə tərəflərin qlobal proseslərə münasibətdə ortaq yanaşmalar nümayiş etdirdiyini göstərir.

Bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın Qarabağda görüş keçirməsi həm siyasi iradənin nümayişi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclasda müzakirə olunan perspektivli planlar və birgə layihələr tərəfdaşlığın konkret nəticələr üzərində qurulduğunu göstərir. Həmin kontekstdə Bakıda keçirilən biznes-forum iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayır. Bu cür platformalar gələcəkdə konkret müqavilələrin imzalanmasına və yeni layihələrin reallaşdırılmasına zəmin yaradır.

Görüş zamanı qarşılıqlı sərmayələrin təşviqi xüsusi diqqət mərkəzində olub. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsinin aparılması razılaşdırılıb. Bu yanaşma biznes mühitində şəffaflığın artırılmasına, şirkətlərin fəaliyyətinin daha effektiv planlaşdırılmasına və yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradır. Qarşılıqlı sərmayə axınının artması ticarət dövriyyəsinin genişlənməsinə, yeni istehsal sahələrinin yaranmasına və iqtisadi əlaqələrin daha dayanıqlı xarakter almasına səbəb olacaq. Bu isə ümumilikdə tərəfdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Dövlətimizin başçısı qeyd etmişdir: “Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır”.

Birbaşa uçuşların təşkili məsələsi də görüşün diqqət çəkən məqamlarından biri olub. Hazırkı geosiyasi şəraitdə aviasiya sektorunda yaranan çətinliklər fonunda bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradır. Birbaşa hava əlaqələrinin qurulması yalnız sərnişindaşımalarını asanlaşdırmaqla kifayətlənmir, eyni zamanda turizm, biznes və humanitar əlaqələrin inkişafına da təkan verir.

İki dövlət arasında münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar sahədir. Latviyada 450-dən artıq tələbənin təhsil alması bu əməkdaşlığın real nəticələrini əks etdirir. Bu tələbələr gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına töhfə verəcəklər. Təhsil proqramlarının genişləndirilməsi, tələbə mübadiləsinin artırılması və birgə elmi təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Bu isə münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda sosial əsaslarının da gücləndirilməsinə xidmət edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Son dövrlərdə iqtisadi əlaqələrin bərpası, müxtəlif səviyyələrdə təmasların qurulması və qarşılıqlı etimadın artması bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu yanaşma bir daha göstərir ki, münaqişələrin həlli yalnız hərbi vasitələrlə deyil, siyasi iradə və uzaqgörən qərarlar əsasında mümkündür. Bu model beynəlxalq müstəvidə də mühüm nümunə kimi qiymətləndirilə bilər.

İkitərəfli münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər də xüsusi rol oynayır. Uzun illər ərzində yaranmış qarşılıqlı etimad siyasi dialoqun daha effektiv və nəticəyönümlü olmasına imkan yaradır. Bu amil əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha sürətli inkişafına əlavə təkan verir.

Latviya Prezidentinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlığın genişlənməsi, humanitar əlaqələrin dərinləşməsi və regional məsələlərdə ortaq yanaşma bu tərəfdaşlığın dayanıqlı və perspektivli olduğunu göstərir. Bu səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyənləşdirilən istiqamətlər yaxın gələcəkdə konkret nəticələrlə müşayiət olunacaq və iki dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri