Icma.az
close
up
RU
Azərbaycan Latviya münasibətlərində yeni mərhələnin başlanğıcı

Azərbaycan Latviya münasibətlərində yeni mərhələnin başlanğıcı

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Lartviya Azərbaycanın Avropadakı strateji tərəfdaşlarından biridir. Bu ölkə ilə münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi, mədəni, humanitar, hətta hərbi sahələri özündə ehtiva edir. Gün-gündən inkişaf edən bu əməkdaşlığın Latviya prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ilə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacağı istisna edilmir”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Latviya Prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Riqa ilə Bakı arasında əlaqələrin yaxın tarixinə diqqət çəkən millət vəkili deyib ki, ikitərəfli münasibətlər son onilliklər ərzində ardıcıl şəkildə inkişaf edərək siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Bu qarşılıqlı faydalı əməkdaşlığın 2017-ci ildə Azərbaycanla Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə daha da möhkəmləndiyini deyən İlham Məmmədov deyib ki, iki ölkə arasında xüsusilə iqtisadi sahədə geniş əlaqələr mövcuddur və bu əlaqələri daha da irəli aparmaq üçün böyük potensial var:
“Elə Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı imzalanan sənədlər, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forum bu əminliyi yaradır. İstənilən investor üçün hər hansı bir ölkəyə sərmayə qoymağın başlıca şərtinin həmin ölkədə sabitliyin mövcud olması və əlverişli investisiya mühiti olduğunu nəzərə alsaq, bu baxımdan Azərbaycanın latviyalı iş adamları üçün cəlbedici rola malik olduğunu əminliklə söyləmək mümkündür. Elə sözügedən biznes-forumda çıxışı zamanı Cənab Prezident İlham Əliyev də bu məqama diqqət çəkərək deyib: “Əlbəttə ki, istənilən biznes fəaliyyətinin arxasında bir neçə amil dayanır - ilk növbədə biznes qurduğunuz ölkədəki sabitlik, proqnozlaşdırılma imkanı, biznes və investisiya mühiti, həmçinin bağlantılar, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox digər amillər”. Dövlət başçısı həmçinin qeyd edib ki, istər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir.
İlham Məmmədovun sözlərinə görə, latviyalı investorların Azərbaycana sərmayə qoyması Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinin miqyasının daha da genişlənməsinə xidmət edər. Millət vəkili dövlət başçısının biznes forumda çıxışı zamanı bu məqama da diqqət yetirdiyini vurğulayıb:
“Cənab president bildirdi ki, əlavə investisiyalara böyük ehtiyac var. Dövlət başçısı diqqətə çatdırdı ki, da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. Bu arada onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, latviyalı iş adamlarının da Qarabağa, Şərqi Zərgəzura sərmayə qoymaqda maraqlı olduqları müşahidə edilməkdədir. Latviya prezidentinin Azərbaycana səfərindən əvvəl Birgə Hökumətlərarası Komissiyasının iclasının Qarabağda, Şuşada keçirilməsi əslində latviyalı iş adamlarının Qarabağa olan marağının göstəricisidir. Həm sözügedən iclasın nəticələri, həm də Latviya prezidentinin Azərbaycana səfəri zamanı keçirilən biznes-forum yaxın vaxtlarda bu ölkədən olan iş adamlarının Qarabağ və Şərqi Zəngəzura investisiya yatıracaqları əminliyi yaradır. Təsadüfi deyil ki, Latviya prezidenti də Cənab İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanatda bunu açıq şəkildə ifadə etdi:
“Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı, cənab Prezident, Sizin qarşıya qoyduğunuz planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik.
Həmçinin düşünürəm ki, keçən həftə Azərbaycanda, Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclasında artıq bəzi praktiki məsələlər müzakirə olunub. Ümidvaram ki, həm Komissiyanın işindən, həm də bu gün mübadilə etdiyimiz ideya və qəbul etdiyimiz qərarların praktiki nəticələrini görəcəyik”.
Millət vəkili sonda onu da qeyd edib ki, Latviya prezidentinin Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Aprel 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri