Lautaro: “Barselona” barədə düşünməyə vaxtımız olacaq”
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İnter” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Bavariya” ilə heç-heçə edib (2:2).
Futbolpress.az xəbər verir ki, bu heç-heçə, ilk oyunda almanları 2:1 məğlub edən “neradzurrilər”ə yarımfinanala yüksəlmək üçün kifayət edib (ümumi hesab 4:3). Seriya A nəhənginin növbəti “Barselona” olacaq.
Komandanın kapitanı Lautaro Martinez yarımfinalda “Barselona”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:
“Bizi çox güclü rəqiblə çox vacib matç gözləyir. “Barselona”nın Çempionlar Liqasında böyük təcrübəsi var. Amma indi bütün diqqətimizi növbəti matçlara yönəltmişik, “Barsa” haqqında düşünməyə hələ vaxtımız olacaq”.
“Barselona”nın “İnter”lə oyunları aprelin 29-u və mayın 6-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















