“Barselona” Lautaro Martinesi hədəfə aldı Alvaresə alternativ
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İspaniyanın “Barselona” futbol komandası hücum xəttini gücləndirmək üçün daha bir ulduz futbolçunu transfer siyahısına daxil edib.
İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın “İnter” futbol komandasının hücumçusu Lautaro Martineslə maraqlanır. Argentinalı forvard Xulian Alvaresin alternativi kimi nəzərdən keçirilir.
Məlumata görə, “Barselona”nın əsas hədəfi hələ də “Atletiko”nun hücumçusu Alvaresdir. Lakin Madrid klubu ilə danışıqlarda irəliləyiş əldə olunmayacağı təqdirdə kataloniyalılar Lautaro variantını aktivləşdirə bilərlər.
Martinesin namizədliyi baş məşqçi Hansi Flik və klubun idman direktoru Dekonun da xoşuna gəlir.
28 yaşlı hücumçunun “İnter”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Bu səbəbdən mümkün transferin maliyyə baxımından asan olmayacağı gözlənilir.
Baxış sayı:102
Bu xəbər 11 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















