Icma.az
close
up
RU
“LAVROV İNDİ BİZƏ “DİŞ QICAYIR”, ÇÜNKİ...” “Guya biz bilmirik ki, bu situasiyanı kim idarə edir?!”

“LAVROV İNDİ BİZƏ “DİŞ QICAYIR”, ÇÜNKİ...” “Guya biz bilmirik ki, bu situasiyanı kim idarə edir?!”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ramiz Yunus: “Onlar rus əsgərlərini Qarabağdan qovmağımızı bizə bağışlaya bilmirlər”

“Medinskinin vəzifəsi təlxəklikdir…”

Tanınmış azərbaycanlı politoloq Ramiz Yunus Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırmasına tanınmış ukraynalı jurnalist Alyona Kurbanovanın efirində münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, R.Yunus öncə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın guya Azərbaycan tərəfinin Medinskinin sözlərini “kontekstdən çıxardığı” barədə açıqalmasını cəfəngiyyat adlandırıb.

Yunus xatırladıb ki, Mariya Zaxarovanın nə deməsindən asılı olmayaraq, Azərbaycan-Rusiya münasibətləri hazırda çox mürəkkəb dövrünü yaşayır və bunda Azərbaycanın sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması, bundan sonra isə bu günə qədər Moskvanın adekvat tədbirlər görməməsi, hələ də üzr istəməməsi, günahkarların məsuliyyətə cəlb edilməməsi və s. kimi faktorların da rolu var.

Politoloq Putinin köməkçisi Medinskininsə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini “Dmitri Medvedev kimi təlxək olduğunu” qeyd edib: “Cənab Medinski, hansı mübahisəli ərazidən danışırsan? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmən tanınan ərazisidir və Rusiya tərəfindən də hələ 1991-ci ildə bu cür tanınıb! Baxmayaraq ki, Ermənistanın onu işğal etməsinə kömək etmisiniz. İndi də o sizin boğanızda sümük kimi qalıb, çünki biz sizin əsgərlərinizi də oradan qovduq! İndi bunu bizə bağışlaya bilmirsiniz…”

Yunus Qarabağın Krım və Donbasla müqayisə edilməsinin həyasızlıq olduğunu bildirib və Azərbaycan XİN-in Medinskinin timsalında Rusiyaya cavabını “şillə” adlandırıb.

Bununla yanaşı, qeyd edib ki, Krım yarımadası başda olmaqla işğal olunan Ukrayna əraziləri də dünyanın heç bir dövləti tərəfindən Rusiya ərazisi kimi tanınmayıb: “Bunlar da mübahisəli ərazilər deyil, Ukrayna torpaqlarıdır. Ukraynadakı işğalı da, Birinci Qarabağ Müharibəsindəki işğalı da siz törətmisiniz. Xocalıdakı qətliamı da siz, sizin 366-cı alayınız, Boris Yeltsinin, Qraçovun, Ter-Petrosyanın, Sarqsyanın göstərişilə törədib. Bunlar sizin qoyduğunuz adamlar olub. Elə bilirsiniz biz bunu unutmuşuq, yaxud unudacağıq? 44 günlük müharibənin də hər bir günündə siz İran vasitəsilə Ermənistana silah ötürmüsünüz və Lavrov özü də bunu Ermənistana son səfərində açıq bəyan edib. Lavrov indiyə qədər bunu niyə demirdi? Çünki münasibətlərimiz gərginləşib və indi o, bizə “diş qıcayır”. Baxın, dişiniz sınmasın…”

Yunus qeyd edib ki, bir neçə gün əvvəl eyni vaxtda Lavrovun Ermənistana, Ukrayna XİN başçısınınsa Azərbaycana səfər etməsi təsadüfi deyil. Onun dediyi kimi, Azərbaycan müharibənin davam etdiyi illər ərzində Ukraynanı rəsmi və qeyri-rəsmi səviyyədə hər zaman dəstəkləyib. Buyna baxmayaraq, Ukrayna XİN başçısı bu dövrdə ilk dəfə Azərbaycana səfər edib. Onun dediyinə görə, bunun da Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsilə əlaqəsi var…

Həmçinin, politoloqun qeyd etdiyi kimi, Violodimir Zelenski bu dövrdə müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentilə görüşdüyü qədər heç bir MDB ölkəsi başçısıyla görüşməyib ki, bu da təsadüfi deyil və Azərbaycanın Ukraynaya göstərdiyi dəstəkdən irəli gəlir.

Medinskinin dediklərinə gəlincə, onu həm də “idiot” adlandıran Yunus əlavə edib ki, Putinin köməkçisinin Qarabağla bağlı dedikləri özünün şəxsi yox, Kremlin mövqeyidir: “Daha doğrusu, Kremlin “qüllələrindən birinin” mövqeyidir. Rusiya XİN və Zaxarovanın aid olduğu digər “Kreml qülləsi” isə Medinskinin dediklərini malalamağa çalışır. Guya biz bunların oyununu anlamırıq və bilmirik ki, bu situasiyanı kim idarə edir?! Jirinovski kimi Medvedev və Medinskinin də vəzifəsi təlxəklikdir. Lakin onlar öz sözlərini yox, Kremlin sözünü deyirlər”.

Sonda Yunus qeyd edib ki, Rusiyanın nə deməsindən, öz konstitusiyasında nə yazmasından asılı olmayaraq, Qarabağ Azərbaycandır, Krım və Donbas isə əvvəl-axır Ukraynaya qayıdacaq.

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri