Icma.az
close
up
RU
Lavrov: “Münaqişənin siyasi və diplomatik həllindən çox uzağıq”

Lavrov: “Münaqişənin siyasi və diplomatik həllindən çox uzağıq”

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Vaşinqton və onun peykləri hələ də Rusiyaya strateji məğlubiyyət yaşatmaq fikrindədirlər”

“Ukraynadakı böhranın yaxın gələcəkdə siyasi və diplomatik yolla nizamlanması imkanını görmürəm”. AYNA xəbər verir ki, bu sözləri “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Döyüş meydanında baş verənlərə görə, biz hələ də böhranın siyasi və diplomatik həllindən çox uzağıq. Vaşinqton və onun peykləri hələ də Rusiyaya strateji məğlubiyyət yaşatmaq fikrindədirlər. Bu illüziya məqsədə yaxınlaşmaq üçün onlar çox şey etməyə hazırdırlar”, - deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, “eskalasiyaedici addım ölkəmizin ərazisinin dərinliklərinə raket zərbələrinin endirilməsidir”.

“Bu qəbuledilməz hərəkətlərə adekvat cavab veriləcəyi ilə bağlı bütün xəbərdarlıqlarımıza məhəl qoyulmadı”, XİN başçısı əlavə edib.

Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də “Rusiyanın bu cür addımlara necə reaksiya verəcəyini açıq şəkildə göstərib”.

“Əminəm ki, Rusiya vətəndaşlarına və infrastrukturuna ziyan vurmaqda günahkar olanların hamısı layiqli cəzalarını alacaqlar. Düşmən tərəfindən heç bir eskalasiya bizi xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaqdan geri çəkilməyə məcbur etməyəcək”, - nazir əmin edib.

“Rusiya Prezidenti Putinin bəyanatını ifadə etsək, biz hadisələrin istənilən inkişafına hazırıq. Lakin biz həmişə mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük veririk. Ukraynaya gəldikdə isə, münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır”, - Lavrov fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri