Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: Top Rusiyada deyil
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna böhranının diplomatik həlli hələ də mümkündür, lakin Rusiya müvəqqəti həll yollarına və ya ultimatumlara vaxt itirməyəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda bildirib.
Onun sözlərinə görə, nizamlama məsələsindəki top bu gün Rusiyanın meydanında deyil: “Baxmayaraq ki, bu topu daha çox ofsayd mövqeyindən bizə ötürməyə çalışırlar”.
Lavrov deyib ki, Fransa və Böyük Britaniyadan nümayəndələr dialoq üçün Rusiyaya gəliblər.
“Biz heç vaxt gəlib danışmaq xahişini rədd etmirik. Moskva bu söhbətlərin qiymətini bilir”, - Rusiya xarici işlər naziri fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:Quterreş: Dünya Ukrayna böhranının həllindən uzaqdır
03 Dekabr 2025 20:49
Lavrov Ukrayna müzakirələrindən danışıb
14 Aprel 2025 22:58
Lavrov Ukrayna böhranının həlli şərtlərini açıqlayıb
07 May 2025 10:39
Hakan Fidan Rusiya Ukrayna münaqişəsinin həllindən danışıb
24 Fevral 2025 13:52
Trampın hövsələsi daralıq: ABŞ Ukrayna böhranının həllindən əl çəkəcək
18 Aprel 2025 22:18
Baxış sayı:185
Bu xəbər 24 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















