Lavrov Rusiyada vurulan Azərbaycan təyyarəsindən damışdı: Gözləmək lazımdır...
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov kənar müdaxilə nəticəsində Aktauda qəza enişi edən Azərbaycan təyyarəsindən danışıb.
Modern.az-ın məlumatına görə, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki, jurnalistlər qəza ilə bağlı araşdırmanın nəticələrini gözləməli və "qara qutu"lardakı məlumatlarla təsdiqini tapmayan məlumatları yaymamalıdırlar.
Lavrov bildirib ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir: "Moskva və Bakı hər bir məsələni, o cümlədən AZAL təyyarəsinin qəzası kontekstində, həll etməyə qadirdir".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















